"Arifin ailəsi mənimlədir, mən onlara qucaq açmışam, qardaşımın yadigarlarıdır" - Zərifə Rəhimova
04:08 15.05.2021
Şou
4823
"Biz Ariflə bir anadan dünyaya gəlmişik. Mən indi sizə hər şeyi açıqlayacam. Mənim anam Göyçay, atam isə Tovuzdandır. Arifin atası isə Göyçaylı olub. Mənim atam anamı alanda Arif anamın yanında olub. Atamın həyat yoldaşı rəhmətə gedib, anam Arifi də götürüb saxlayıb. Ona görə anamı uşağlı qəbul edib. O vaxtı müharibə vaxtı idi, acınacaqlı idi hər şey. Anamı atam sadəcə olaraq tanış olub alıb, mən anadan olmuşam, anam rəhmətə gedib. Atam isə üstümüzə başqa analıq gətirib"
Sherg.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin bacısı Zərifə Rəhimova bildirib. Sənətkarın bacısı daha sonra əlavə edib.
"Daha sonra Arifi uşaq evinə veriblər, çünki mənim atam Arifin atası deyildi. Arifi uşaq evinə verən qadın indi dünyasını dəyişib. Həmin qadın mənim ögey xalam olub, atamın 1-ci yoldaşından olan qadının bacısı olub. Daha sonra indiki analığım gəlib. Anam xəstə olanda mən əmimlə qalmışam, çox körpə idim. Ona görə də mənim geniş məlumatım yoxdur. Az keçməyib ki, atam da rəhmətə gedib. Mən məktəbə gedəndə məni İcra Hakimiyyətinin əli ilə Gəncədə yerləşən internat məktəbinə veriblər. Lakin o vaxt analığım deyirdi ki, sənin bir qardaşın var idi. Nəinki analığım, qohum-qonşu da deyirdi onu xalan Ballı aparıb uşaq evinə verdi. İnternat məktəbində 6-7-ci sinifdə oxuyanda hiss etdim ki, artıq qardaşımı axtarmalıyam. Dəfələrlə bu haqda "Azərbaycan", "Azərbaycan müəllimi" qəzetlərinə məlumat vermişdim. Mənə bir cavab verən olmurdu, itirdiyimi tapa bilmirdim. Lakin 1988-ci ildə mənim qızım orta məktəbdə oxuyurdu, o Arif Quliyevə bir məktub yazdı, Arif mənim arxamca maşın yolladı. Xalq artisti Naibə Allahverdiyeva dediklərimin canlı şahididir. Biz görüşdük və 3 gündən sonra Arif bütün heyəti ilə bizə gəldi. Bizdə 3 gün heyvanlar kəsildi, bir-birimizi tapmağımız qeyd olundu. Bütün Gəncə əhalisi bundan xəbər tutdu. Arif sonradan bir şeyə heyfsləndi ki, heyf, mən gərək çəkiliş gətirərdim" deyə Zərifə xanım bildirib.
Sənətkarın bacısı bildirib ki, dəfələrlə onu işıqlandırmaq istəsələr də razılıq verməyib.
"Bir neçə dəfə istədilər ki, televiziyaya məni çıxartsınlar, amma mən istəmədim. Çünki utandım, sabah deyəcəkdilər ki, qardaşının adından istifadə edir. Bizi yaxından tanıyanlar bilir ki, bacı qardaşıq. Xoşqədəm Hidayətqızının efirində mənim Arif Quliyevin bacısı olduğum haqda material yayımlanmışdı. Arif dedi ki, gəl gedək sən özün efirdə danış. Onun övladları şahiddir ki, mən bu təklifi qəbul etmədim. Uşaqlarım da dedi ki, Arif dayı, sən bilirsən, biz bilirik. Reklama nə ehtiyac var? Amma indi açıqlayıram. Arif özü yanımızda deyil, amma onun ailəsi mənimlədir. Mən onlara qucaq açmışam, qardaşımın yadigarlarıdır" deyə sənətkarın bacısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya