Daha bir müğənni Rəqsanəyə cavab:“Söhbət namusdan gedirsə...”
Yusif Sultanoğlu
13:55 31.05.2021
Şou
487
Müğənni İlhamə Qasımova “Atv Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında qonaq olarkən həmkarı Rəqsanə İsmayılovadan danışıb.“Sherg.az” xəbər verir ki, o Rəqsanə ilə arasında yaşanan qalmaqaldan bəhs edib:“Onunla 2016-cı ildə qalmaqalım olub. Səbəb də “Bivəfa” mahnısını səsləndirməyim idi. Şou proqramlardan birində, həmin mahnını “əyə-əyə” oxudum, yumor qatdım. O da türkmən mahnısıdır, bizim deyil. İnciməyə dəyməzdi. Amma ona cavab vermədim. Çünki haqqı var. Axı onun yaradıcılığına sataşmışam. Əslində “lağ-lağı” ilə də ifa etməmişdim. Tam yadımda deyil”.
İ.Qasımova həmçinin Rəqsanənin Moskvaya üz tutan həmkarları haqda dediklərinə də irad bildirib:
“ Bu, xoşuma gəlmədi. Söhbət namus-qeyrətdən gedirsə, sözügedən hadisəni yaymayaydı. Təklikdə həmin şəxsin özünə bildirərdi. Dırnaqarası qonşularımızın yaşadığı bir mühitdə bir-birimizi dəstəkləməliyik. Sosial mediada danışanda fikir verməliyik. Çünki oradan bütün dünyaya yayılır. Kardaşyanlar bir-birini qırsınlar, biz yox. Biz onunla gündəmə gəlməyək. Rusiyaya gedən müğənniləri də qınamaq lazım deyil. Məsələn, biri dedi ki, göyərti qiymətinə toya gedirlər. Hazırda ölkədə toy yoxdur, onlar da ailə saxlamalıdır. Elə bilirlər hamısının milyonu var. Deyirlər, maşınını sat. Bəs alan varmı? İnanın kimsə öz səviyyəsini aşağı salmaq istəməz. Hamı bilir ki, illərdir bu yer üçün çalışıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol