"Fərda aktyordursa, onda mən kiməm?" - Azər Axşam
16:24 23.12.2023
Şou
525
"Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılır. Türkiyədə çox gözəl söz var, "oyuncu", bir də var aktyor. Hər kəs "oyuncu" ola bilər, amma aktyor ola bilməz".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor Azər Axşam "10-da görüşək" verilişində qonaq olarkən deyib. O, aktyor Fərda Xudaverdiyevin adını çəkərək ona söz atıb:
"Əgər mən Fərda Xudaverdiyevə aktyor deyirəmsə, onda mən kiməm? Mən bu peşəsi oxumuşam, bu sənətə yiyələnmişəm, müəllimlərindən dərs, sənətin isə diplomunu almışam. Ona görə də, aktyor adını qazanmışam. Onlar aktyor deyil, "oyucu"durlar. Yəni, o tip olanlar, bu sənətə kənardan gəliblər. Yəni, Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" və ya Musiqili Komediya Teatrının "aktyorluq" fakultəsini bitirməyiblər. Məsələn, mən konservatoriyanı bitirməmişəmsə, amma musiqi aləmində istedadlıyamsa, peşəkar musiqiçi sayıla bilərəm? Bütün sənətlər həvəslə başlayır. Amma bir də var ki, onu peşəkar səviyyəyə çatdırmaq. Bu, onun elmini öyrənməkdir.
Heç kimin xətrinə dəyməsin. Bu, o anlama gəlmir ki, o insan istedadsızdır. Xeyr, sözlərim səhv anlaşılmasın. Məsələn, bu gün aktyoram və rejissorluğa başlayıram. Gör, mən neçə müddət işləməliyəm və elə bir işlər görməliyəm ki, rejissor adına layiq görülüm. Haraya da fırlansan da rejissorluğun sirrlərini öyrənməlisən".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya