"Gördüm Anarın saçları çox ağarıb, nə qədər ağlamışam" - Röya ağladı
23:50 24.04.2021
Şou
1117
"Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sualları cavablandıran sənətçi, keçmiş həyat yoldaşı Anar Cəlilovdan problemlər səbəbindən ayrıldığını etiraf edib:
"Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bil 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, borclar azalımır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım. 2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Hər şeyi övladım üçün edirəm.
Mən o qadınam ki, 15 ildə nə yığmışdımsa, hamsını bir gündə itirdim. Onları son 6-7 ildir yerinə qaytarıram. Anarın ilk evliliyindən oğlu var. Biz tanış olanda artıq o, 9-11 ay əvvəl arvadından ayrılmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşğm. Bu əsla belə deyil. Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşalla bu qızla xoşbəxt olar".
Röya qayınanası ilə Anarı ilk xanımından ayırmaq üçün müqavilə imzaladığı xəbərlərinə münasibət bildirib: "Dünyanın ən gözəl qayınanası onun anası, Nazilə xanımdır. Ayrılanda utandım ki, necə deyim ona? Onların ailəsi çox sadədir. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm".
Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da onu hələ də çox sevdiyini deyib:
"Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Bir müddət əvvəl oğlumla şəkil çəkdirmişdi. Gördüm onun saçları çox ağarıb. Nə qədər ağlamışam. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir. Ayrılanda isə nifrət etmək lazım deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol