Manaf jurnalistlərdən danışdı: "Yazır 200 manat verib sildirirsən"
Yusif Sultanoğlu
11:52 19.06.2021
Şou
567
"Jurnalistlərdən mən çox yanıxlıyam. Təbii ki hamısına aid deyil. Şou yazarlarından 3-5 nəfər var, özləri bilir".
"Sherg.az" xəbər verir ki, bu sözləri "6/8 Axşam şou"snda müğənni Manaf Ağayev söyləyib. O, aparıcı Mətanət Əliverdiyevaya müraciət edərək bunları deyib:
" Siz elə etdiniz ki, güya mən demişəm, yaxşı jurnalist yoxdur. Aparıcı sual versə, hamısına aiddir? Deyərdim yox. Bir gün oğlum haqda yazmışdılar ki, "avtoş"dur. O, da "nemets" kimi uşaqdır. Allah hamıya elə övlad qismət etsin. Adıma bir cərimə belə gəlməz, çox səliqəlidir. İnstaqramdan götürüb paylaşıblar.
Bütün saytlar yazır. Oğlumun da əsəbdən ürəyi partlayır. Atası kimi əsəbidir. Qayıtdı ki, oxuma daha, sənətdən get:"Sənə görə məndən yazırlar". Mən də hamıya zəng etdim. Biri var, ona dedim, heç olmasa sən yazma. Axı məni görəndə tərifləyirsən. Evdə qırğın gedir. Söylədim ki, axı biz dostuq. O, da dedi ki, jurnalistlə müğənni heç vaxt dost ola bilməz. Gördüm ki həqiqətən belədir. Kiminləsə pıçıldaşırsan. Sirr verə bilmirsən. Bunları görüb yaşamışam. Biri mən elədiyimi, göstərdiyim yardımları edən başqa müğənni desin. Yardımları paylaşmayanda deyirlər, niyə etmirsən. Ona görə göstərmək lazımdır. Uşağımın boğazından kəsib kiməsə yardım edirəmsə, niyə göstərməyim? Mən kəndçiyəm, rayonlu balasıyam. Danışıram görürəm bir sözü başlığa çıxarıblar. Mən uşağam? Danışığımı bilmirəm? Camaat da başlığı oxuyub yazıya baxmır. Onlar da rəy yazırlar. Sonra da 200 manat verib sildirməli olursan. Professional jurnalistlərə aid deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya