Məhəbbət Kazımovun oğlundan Könül Kərimovaya sərt ismarış:"O, kim idi ki?!"
Yusif Sultanoğlu
08:22 07.09.2021
Şou
4024
Müğənni Könül Kərimova mətbuata müsahibəsində mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu söyləyib. O, bunu bir neçə nəfərin-Manaf Ağayevin, Elşad Qarayevin, Yusif Mustafayevin, Vasif Məhərrəmlinin bildiyini deyib. Lakin, V.Məhərrəmli və Y.Mustafayev məsələdən xəbərdar olmadıqlarını bildiriblər.
Mövzu haqda “Sherg.az”a danışan M.Kazımovun oğlu Rəşid Kazımov “Laçınım” əsərini atasının yazdığını xüsusi vurğulayıb:
“Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M.Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır. Nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam. Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı. Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur. “Laçınım”la bağlı bu iddialar davam etsə, məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. “Onu mən yazmışam, bunu mən yazmışam” deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra anlayar, çox irəli getməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət