Muradov da başa düşdü:“Sülhməramlıların fəaliyyəti özünü doğrultmayacaq”
Banuçiçək Kalbalıyeva
14:50 18.05.2021
Şou
720
“Yeni təyinat Qarabağdakı durumu dəyişməyəcək”
“Çünki tərəflər Muradova görə mübahisə eləmirlər. Yəni səbəb həmin general deyil”
“Bundan sonra hətta Rusiya müdafiə naziri Sergey Şoyqu eyni vəzifəyə təyin edilsə belə, müsbət nəticə əldə edilməyəcək”
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb. O, Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeevlə əvəzlənib. Təyinatla bağlı müxtəlif iddialar var. Qanuna görə, kontingent komandirləri hər altı aydan bir rotasiya əsasında dəyişdirilir. Lakin heç bir tərəfin etirazı olmursa, səlahiyyət müddəti uzadıla bilər. Ola bilsin, hansısa “əmma” çıxıb…
Hərbi-siyasi ekspert Həşim Səhrablı təyinata səbəb olacaq ehtimallarla bağlı fikirlərini “Sherg.az”la bölüşdü:
“Bunun Muradovun fəaliyyətsizliyi və ya gördüyü işin Moskvada bəyənilməməsi ilə əlaqəsi yoxdur. Hər halda o, Rusiyanın ordu generalitetində bəyənilən, seçilən tək-tük adamlardandır. Qarabağa sülhməramlıların komandanı kimi məhz onun təyin edilməsi də təsadüfi deyildi. Sadəcə qanuna görə belə hallarda 6 aydan sonra mübahisəli tərəflər arasında narazılıq çox olanda komandan dəyişilə bilər.
Bildiyimiz kimi, 10 noyabr razılığından sonra silahlı insident olmamasına rəğmən düşmənin əsassız haray-həşiri səngimir. Ola bilsin, Muradov özü də başa düşüb ki, sabitlik yaratmaq mümükün deyil. Əslində bəzi ekspertlər analoji fikirlər səsləndirmişdilər: sülhməramlıların fəaliyyəti bir ildən artıq özünü doğrultmayacaq”.
H.Səhrablının sözlərinə görə, yeni təyinat Qarabağdakı durumu dəyişməyəcək:
“Çünki tərəflər Muradova görə mübahisə eləmirlər. Yəni səbəb həmin general deyil. Bundan sonra hətta Rusiya müdafiə naziri Sergey Şoyqu eyni vəzifəyə təyin edilsə belə, müsbət nəticə əldə edilməyəcək. Sabitliyin yaranmasından ötrü komandan dəyişilməli deyil, ədalətli həll yolu tapılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks