Rəqqasədən ritorik sual:“Anlamıram, kişi niyə qadına əl qaldırmalıdır?”
Yusif Sultanoğlu
12:57 16.05.2021
Şou
793
Tanınmış rəqqasə, aktrisa Oksana Rəsulova “Baku” Tv-ə müsahibəsində həyatı və sənəti ilə bağlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o həyat yoldaşından danışaraq övladı dünyaya gələndə onun uşağı 3 ay görə bilmədiyini söyləyib:
“ İşləri ilə əlaqədar belə oldu. Lakin 3-cü ayında oğlunu gördü. Daha çox uşağın babası gəlirdi, görürdü. Elə 6 aylıq olanda ilk dəfə “Baba” sözünü dedi. İndi məndən çox atasını istəyir, dost kimidilər. Osman həyat yoldaşımın ilk və yeganə övladıdır. Bəzi analar boşandıqdan sonra uşağı atası ilə görüşdürmürlər. Heç vaxt başa düşə bilmirdim. Fikirləşirdim ki, qadındır, yəqin xətrinə dəyib, küsdürüb deyə belə edir. Biz ayrılsaq, ömür boyu onları ayırmaram. Ata-oğul arasındakı bağı qıra bilmərəm”.
İlk evliliyindən də söz açan sənətçi o zaman fiziki şiddətə məruz qaldığını deyib:
“Onunla ailəm istədi deyə ayrıldıq. Çox gənc idim, sevdiyimi düşünürdüm. Onda 18 yaşım vardı və birinci evliliyim çox uğursuz oldu. Həmin günlərin qayıtmasını istəməzdim. O zamana qədər şiddət görməmişdim. Mənim və valideynlərim üçün qeyri-adi hal idi. Anlamıram, kişi niyə qadına əl qaldırmalıdır? Getsin, başqa kişini vursun. İnsanlar psixologiyanı, quranı yaxşı bilsələr, qadını əl üstə daşıyarlar. Oğlum gəlinimə əl qaldırsa, ondan küsərəm. Olmaz! Əgər ana oğlunu şiddətə öyrədirsə, deməli öz övladını sevmir. Bu gün arvadını vuran sabah başqasını döyəcək və həps olunacaq. Ümumiyyətlə, əvvəlki iki evliliyim haqda danışmaq istəmirəm. Getdilər və gəlməsinlər. Həyatımda bəzi hadisələr baş verdi. Onlar da olmalı idi ki, nələrisə dərk etdim və o addımları yenidən atmayım. Üçüncü ailəmi mediaya çox göstərmirəm. İstəmirik bizdən danışılsın. Qalmaqallar, sosial şəbəkələrdəki rəylər məni bezdirib, rahat yaşamaq istəyirəm. Tanınmış insan olduğum üçün hamıya maraqlıdır. Düşünürlər ki, necə oldu təkrar ailə həyatı qurdu, uşağının atası kimdir və sair. Bizi də başa düşsünlər. İnsanıq, bizim də hisslərimiz var, gecələr ağlaya bilərik. Ürəyimiz daşda-dəmirdən deyil”.
O.Rəsulova gündəmdə qalmağın sirrini bilmədiyini xüsusi vurğulayıb:
“Sadəcə ad günlərinə, restoranlara gedirik, normal həyatımızı yaşayırıq. Bəlkə, nə vaxtsa hansısa verlişdə həyat yoldaşımla birgə tamaşaçıların qarşısına çıxarıq”.
Aktrisa rəqs məkəbinin bağlanmasının səbəbindən də bəhs edib:
“Binanı su basdı. Oranı 3 dəfə təmir etdirdim. Sonra vəziyyət gərginləşdi və həmin yerdən çıxdıq. Ana olmağa hazırlaşanda rəqs edə bilmirdim, ardınca da pandemiya yayıldı”.
Son olaraq Oksana həyat yoldaşı ilə dost kimi olduqlarını bildirib:
“Onunla bir-birimizi olduğumuz kimi qəbul etmişik. Hətta o mənə sənətimlə bağlı dəstək olub. Sponsorluq etməyib. Həyat yoldaşım varlı deyil. Heç imkanlı olmasını da istəmirəm. Biz orta səviyyəli ailəyik. Pulun çoxunu da, azını da görmüşəm. Hazırkı vəziyyətimiz normaldır. Çox və ya az olanda mübahisə yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks