Rəqsanəyə şillə kimi CAVAB:"Namusuma hörmət edən qadınam"
Yusif Sultanoğlu
09:45 10.05.2021
Şou
724
Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın Moskvaya üz tutan həmkarları haqda dediyi sözlər gündəm olub. Müğəninin fikirləri birmənalı qarşılanmayıb. Əksəriyyət onu açıqlamasına görə tənqid edib. Elə əməkdar artist Nigar Şabanova da "Xəbər ətər" verlişində qonaq olarkən müğənniyə irad bildirib. R.İsmayılova isə ona İnstaqramda canlı yayımda cavab verərək sərt sözlər deyib. N.Şabanovadan sözügedən açıqlamaya cavab gecikməyib.
"Sherg.az"ın məlumatına görə, o profilində bunları yazıb:
"Çox heyif qadınlığı itirib danışığını bilməyənlərə. Fikirlərim nədənsə, məhz Rəqsanə xanımı qıcıqlandırıb. Amma sizi izləməyimə, klipinizi paylaşmağıma çox heyif! Özümə, namusuma hörmət edən qadınam. Uşaq deyiləm, dünyanın çox yerini gəzib, sənətlə məşğul olub, çoxunun yuxuda belə görmədiyi səhnələrdə çıxış etmişəm. Dövlət və sənəti təmsil etmişəm. Nə toy oxumuşam, nə də efirdə kiminsə hesabına göbəyini oynada-oynada özümü kişilərə göstərmişəm. Sadəcə fikir bildirmişəm.
Bəli, bu gün İnstaqramdan pozitiv enerji almaq olmur. Kimsə müğənni birliyini qorumur. Rəqsanə, Şəbnəm Tovuzlu və Vəfa Şərifova üçünüzə də hörmətim var. Xüsusilə Şəbnəmin mərdliyi mənim üçün əvəzsizdir. Nəinki siz, xanım müğənnilərin 80 faizi bir-birinin ayıbını açır. Hamısının səhvi var. Qadın birliyi və xanımlıq itib. Kimsədən qorxan qız olmamışam. Sözüm varsa, mərdcə adını çəkib danışmışam. Kimliyindən asılı olmayaraq namərdcə adını gizlətməmişəm. Ümumi danışanda ad çəkməzlər".
N.Şabanova həmçinin Rəqsanənin qızı Aysun İsmayılovanın "Ən azından biz meyxanaçılarla sevgi olmamamışıq" sözləri haqda da danışıb:
"Meyxanaçı Tərlan Novxanı ilə duet ifam olub. O mənə qardaş kimidir. Çünki xanımı mənə əziz insandır. Namusa toxunan dediklərini cəmiyyət qarşısında sübut etməsə, elə ən əxlaqsız qadın özüdür. Rəqsanə xanım sizə bu danışığı yaraşdırmadım. Kiçik olsam da, yaşda, sadəcə ayıb olsun deyirəm. Bədbəxtliyimiz budur ki, zənglə məsələyə aydınlıq gətirə bilmirik. Kimlərinsə sözü ilə xanım kimi danışığımızı da unuduruq. Nigar ölü qız deyil, dediyi sözün ağasıdır. Bu gün hamı süddən çıxan ağ qaşıq olub. Bir-birilərini didirlər. Ona görə də müğənnilərə hər sözü deyirlər. Bu mənzərəni özümüz yaradırıq. Kiminsə səhvi varsa, kişi qızı kimi zəng edib özünə deyərəm. Qınamıram dünyanın sonudur. Axirət yaddan çıxıb, qadınlar ayıbı, günahı unudub. Mənim mədəniyyətim belə cavab verməyə çatır. Qorxmuram, çəkinmirəm, başım ucadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya