"Sual verirlər danışıram, nə edim?" - Fatimədən Rəqsanəyə cavab
21:43 03.05.2021
Şou
397
Rəqqasə Fatimə Fətəliyeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına dediklərinə cavab verib.
"Sherg.az" Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ifaçının ona xəbərdarlığına əsəbləşdiyini gizlətməyib.
"Rəqsanəyə zəng etdim öz dilində dedim ki, bacı, nə edim? Hara gedirəm səndən sual verirlər. Mən də danışıram. Deyim, mənə sual verməyin? Verilişlərə mövzu oldu. Hamıda bundan danışır" deyə, Fatimə bildirib.
Sənətçi İnstaqramda canlı yayımda ona xına məclisləri təşkil etməsi ilə bağlı ünvanlanan suala cavab verib. O, Əməkdar artist Könül Kərimovanın Moskvada xına evi açması məsələsinə "Müğənnilər öz işləri ilə məşğul olsun. Könülün özünə də demişəm. Arxaca danışmıram, üzə deyirəm. Müğənnilərin xına aparmağı düzgün deyil. Yaxşı toy aparırlar. Amma yenə də kim əziyyət çəkirsə, Allah ruzisini versin" sözləri ilə reaksiya verib.
Qeyd edək ki, Rəqsanə Rusiyada işləməyə gedən azərbaycanlı müğənniləri "Toydan sonra evinizə gedin. Gedib kişi məclisində oturmayın" sözləri ilə təhqir etmişdi.
Fatimə isə ona "Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskavaya dəvət edəndə "salam" verməyə utanacam. Səbəb isə hamımız haqqında düzgün yolun adamı deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədirsə, hərəkətindən xoşun gəlmirsə, özünə zəng edib de" sözlərini deyib.
Bundan əsəbləsən Rəqsanə qarşı tərəfə xəbərdarlıq edərək "Başa düşmədim, niyə dediyim məsələyə o, aydınlıq gətirdi. Bunun sənə nə aiddiyyatı var? Sənin yolun başqadır. Sən müğənni deyilsən. Rusiyada olan müğənnilərə şamil etmişəm. Ayda bir dəfə Rusiyaya gəlirsən. Fatimə, hara çıxırsız məndən danışırsız. Deyirsən, Rəqsanə özü də dediyinə peşman olub. Niyə peşman olmuşam? Ağzımdan çıxan sözün sahibiyəm, düz də danışmışam. Sən müğənnisən? Rəqqasəsən..." Susuram cavab vermirəm" sözlərini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət
Rusiyadan açıq müharibə mesajı: Bu ölkələri hədələdilər
16:18 04.02.2026
Dünya
20 Yanvar dairəsində xaos yaşanır - EKSPERT
16:11 04.02.2026
Aktual