
Tanınmış model ərini bıçaqlayıb - 15 il həbs oluna bilər - FOTO
13:27 16.01.2022
Şou
291
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən "Vogue" jurnalının 27 yaşlı modeli Lilia Sudakova 15 il müddətinə həbs oluna bilər.
Sherg.az axşam.az-a istinadən bildirir ki, rusiyalı model törətdiyi cinayəti etiraf edib. İstintaqla müəyyən edilib ki, cinayət 2020-ci il noyabrın 28-də cütlüyün yaşadığı binada törədilib. Liliyanın sözlərinə görə, hadisədən bir gün öncə evə içkili gələn həyat yoldaşı Sergey Papovla birlikdə olmaqdan imtina edib. Ertəsi gün isə əri evə başqa bir qadınla gəlib.
Dəfələrlə ərindən şiddət görməsi ilə bağlı şikayətçi olan Liliya onun xəyanəti və aqressiv davranışı səbəbindən özünü müdafiə etmək üçün Sergeyi bıçaqladığını bildirib. Sergey aldığı zərbələrdən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.
İstintaq zamanı modelin təcili yardım çağırması, zərərçəkənə ilkin tibbi yardım göstərməsi, həkim və polis gələnə qədər onun yanında olması, eyni zamanda müstəntiqlərə ətraflı ifadə verməsi nəzərə alınıb.
Buna baxmayaraq Liliyanın 15 ilə qədər həbs olunacağı bildirilib. Məhkəmə yaxın aylarda baş tutacaq.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm