“Uşaqlıq xatirələrim bir-bir məni tərk edir"
Yusif Sultanoğlu
16:13 21.05.2021
Şou
550
Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında dünyasını dəyişib. Bu barədə onun qızı Aydan Salahova mətbuata açıqlama verib. T.Salahov Almaniyada vəfat eidb.
“Sherg.az” xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova da tanınmış rəssamın ölümündən yazıb:
“Uşaqlıq xatirələrim bir-bir məni tərk edir. Onu ilk dəfə 1985-ci ildə Moskvada keçirilən Gənclərin və tələbələrin 12-ci Ümumdünya festivalında görmüşdüm. M.Qorki adına parkda Azərbaycana aid kompleksdə konsertimizə gəldi və ifamdan sonra yaxınlaşıb, təbrik etdi. Dedi ki, Aybəniz, mütləq sənin rəsmini çəkəcəm. Festival müddətində bir ay gündə 3 dəfə konsert verdik. Artıq sonuncu günlər idi. Tahir müəllim keçmiş komsomolun birinci katibi başda olmaqla bizi Moskva rəssamlar ittifaqına öz sərgisinə dəvət etdi. Orada milli geyimdə rəsmimi görəndə elə bildim dünyaları mənə bəxş etdilər. Əvəzsiz bir gün idi. Kaşki o rəsmimi utanmayıb, ondan istəyərdim. Pandemiyadan öncə onun Bakıdakı ev muzeyinin müdirindən soruşdum, bir məlumatının olmadığını söylədi. Söz verdi ki, Moskvadakı rəsmlərindən tapsa, Bakıya gətirəcək. Ümid edirəm ki, ölmədən o rəsmi yenidən görə biləcəm. Bu gün çox pis oldu. Tahir müəllimin ölüm xəbərini eşitdim. Tahir Salahov Sovet dövrünün ən parlaq simalarından idi. Azərbaycanın fəxri olub və olacaq! Ruhun şad, yerin behişt olsun, fəxarətli insanımız! Görüşənədək, əziz Tahir Salahov!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks