44 günlük Vətən müharibəsində dastan yazanlar
44 günlük Vətən müharibəsində dastan yazanlar
Yusif Nəzərli
04:02 06.10.2024
Tarix
1547
Sinif otağını soyuq səngərə dəyişən müəllimlərimiz olub
Qoşqar Ömərov onu tanıyanlar, dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq həyat nümunəsi qoyub getdi
44 günlük Vətən müharibəsində dastan yazanların hər biri igidlik zirvəsini fəth edənlərdir. Qəhrəman oğullarımızın şücayəti vəsv edildikcə, şəhidlərimizin, Vətən qazilərimizin qəhrəmanlıq dastanları, həyat hekayələri bitmir. Onlardan biri də Füzuli, Şuşa, Xocavənd uğrunda döyüşlərdə igidlik göstərərək Vətən torpağına qovuşmuş Qoşqar Ömərovdur. Bu gün vüqarlı Qoşqarın həyat yoluna nəzər salacağıq.
Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində dünyaya gəlib. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olub, lakin qısa müddətdən sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən tərxis olduqdan sonra 2016-2018-ci illərdə magistr təhsilini davam etdirib. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
21 sentyabr 2020-ci ildə Vətənin çağırışına qoşularaq ordu sıralarına daxil olub. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçildiyinə görə kəşfiyyat bölüyünə daxil edilib. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qoşqar Ömərov onu tanıyanlar, dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq həyat nümunəsi qoyub getdi. Qoşqar heç nədən qorxmayan, çəkinməyən, həyatın hər bir çətinliyinə sinə gərən, sağlam həyat, fiziki güc, intellektual cəhətdən çox əhatəli savada malik, bütün imtahanlardan yüksək nəticə qazanan, bütün yenilikləri daha tez qavrayan və tətbiq edən, öz işinə vicdanla yanaşan, Vətənini sevən, ailəyə bağlı, yüksək əxlaqlı bir gənc idi. Şəhidlik zirvəsini fəth etməsi isə onu xalqın gözündə daha böyük yüksəklərə qaldırdı. Vətən müharibəsi günlərində sinif otağını soyuq səngərə dəyişən müəllimlərimiz çox oldu. Lövhə qarşısında elm bələdçisiykən, bir an belə tərəddüd etmədən düşmən qarşısında topdağıtmaz istehkamı əvəz elədilər. Hər biri son dərsinə girdi. Düşmənə elə bir dərs keçdilər ki, dünyanı heyrətə gətirdilər. Həmin qəhrəman müəllimlərdən biri də Qoşqar Ömərov oldu. Qoşqar müəllim düşmən üçün keçilməz dağ, şagirdləri və xalq üçün qürur yeri oldu. Vətən müharibəsindən əvvəl valideynləri, ailəsi, onu tanıyanlar üçün ləyaqətli insan, ən əsası da şagirdləri üçün vicdanlı müəllim olan Qoşqar Ömərov Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb milli qəhrəman oldu. Qoşqar Ömərov yüksək insani keyfiyyətləri 26 illik qısa ömrünə sığışdıra bildi.
Qoşqarın atası Səxavət müəllim oğlunun elmə, biliyə həvəsli olmasından danışıb:
“Mən öz oğluma V-XI siniflərdə riyaziyyatdan dərs demişəm. Qoşqar sinfin lideri idi. Uşaqlığından mərd, sözünün üstündə duran, haqsızın yanında dayanan, sözünü deməyi bacaran idi. Öz üzərində işləyirdi. Fiziki cəhətdən özünü ev şəraitində yaratdığı alətlərlə inkişaf etdirmişdi. Təlimlərdən sonra deyirdi ki, 3 adam mənimlə bacarmır. Buna baxmayaraq, döyüşkən, dalaşqan deyildi. Problemləri ağılla həll edirdi. Psixoloji cəhətdən də möhkəm idi”.
Bütün bu yüksək məziyyətləri sayəsində Qoşqar düşmənlə döyüşdə qalib əsgər oldu, Vətənin qəhrəman müdafiəçisi kimi şəhidlik zirvəsinə ucaldı. Qoşqar Ömərovun təhsildə, elmdə yolunu onun şagirdləri davam etdirməyə söz veriblər. Lazım gələrsə, müəllimləri kimi onlar da Vətənin keşiyində düşmənlə üz-üzə dayanmağa hazırdırlar. Qeyd edək ki, Qoşqar Ömərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) və “Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilib.
Şəhidlərimizin ruhu şad olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media