51 il keçdi: Kiprdə hələ də 947 nəfər itkinlər siyahısındadır
Yusif Nəzərli
09:26 20.07.2025
Tarix
906
20 iyul Kipr Barış Hərəkatının 51-ci ildönümüdür. Keçən 51 ildə həll yolu üçün dəfələrlə masa arxasına oturulub. Kiprli Türklər və Rumların ortaq məqsədlə birlikdə işlədikləri yeganə mövzu isə itkinlərdir.
Sherg.az xəbər verir ki, itkinlərin tapılması üçün Birləşmiş Millətlər Təşkilatının nəzarətindəki ara bölgədə yaradılan antropologiya laboratoriyası, hərəkatın 51-ci ildönümündə ilk dəfə NTV-yə qapılarını açdı.
Kimisini dərin qaranlıq bir quyuya atdılar.
Kimisi meşədə tapıldı...
Kimisi bir binanın bünövrəsində...
Onlar Kiprdə 1963-cü ildə EOKA-nın Türklərə qarşı qətliamları ilə başlayan və 1974-cü ildə Yunan Albaylar Xuntasının Makarios çevrilişinə qədər davam edən qanlı prosesin qurbanları idi.
Kiprdə İtkin şəxslər məsələsi, iki icma arasındakı siyasi problemin ən həssas nöqtəsidir. Və iki icmanın birlikdə işlədiyi yeganə mövzudur.
Kiprdəki itkinlər məsələsinin kökü, 1960-cı ildə Türk-Rum bərabərliyi əsasında qurulan Kipr Respublikasının 3 il sonra Rumların silahlı müdaxiləsi ilə çökməsinə dayanır.
Rumların adanı Yunanıstana birləşdirməyi nəzərdə tutan Enosis məqsədi və Türkləri kütləvi şəkildə yox etməyi hədəfləyən Akritas planı, 1963-cü ildə Türklərə qarşı Qanlı Noel hücumlarını başladı.
Kiprli Türklərə qarşı kütləvi qətliamlarla yanaşı, 1963-cü ildən 1974 Barış Hərəkatına qədər keçən 11 ildə çoxlu sayda türk tək-tək və ya qruplar halında öldürüldü.
Meyitləri isə tapılmadı.
Kiprin beynəlxalq zəmanətçisi olan Türkiyə işğalı dayandırmaq üçün 20 iyul 1974-cü ildə adaya daxil oldu və Barış Hərəkatını başladı. Ada bu günkü iki dövlətli sərhədlərə bölündü.
Barış Hərəkatının son mərhələsində, adanı Yunanıstana birləşdirmək üçün silahlı hücumlar başlatan Rum terror təşkilatı EOKA-B intiqam üçün kütləvi qətliamlar həyata keçirdi.
Bu hadisələrdə 492 Türk şəhid oldu və itkinlər siyahısına daxil edildi.
KKTC-dəki Muratağa, Sandallar və Atlılar kəndləri qətliam nöqtələrindən idi.
EOKA-B üzvləri bu üç kənddə 126 türkü şəhid etdi.
Bunlar arasında 16 günlük körpə də var idi, 95 yaşlı kişi də.
Taşkent kəndində də 89 Kiprli türk kişi qətlə yetirildi.
Birləşmiş Millətlər Təşkilatı bu soyqırımları insanlığa qarşı cinayət elan etdi.
Rumların itkinləri isə 1510 nəfərdir.
Bunların bir hissəsi Afinada hakimiyyəti ələ alan Yunan Albaylar Xuntasının 15 iyul 1974-cü ildə Rum dövlət başçısı baş yepiskop Makariosa qarşı çevriliş zamanı daxili toqquşmalarda öldürülüb.
Rum və Yunan itkinlərin bir hissəsi də 1974 Barış Hərəkatı zamanı Türk Silahlı Qüvvələrinə qarşı döyüşən əsgərlərdən və milislərdən ibarətdir.
Rumlar, döyüşdə əsir düşən bəzi əsgərlərin də itkinlər siyahısına daxil edildiyini bildirirlər.
Bu qədər il keçməsinə baxmayaraq, itkinlərin tapılması üçün görülən işlər iki icmanın gündəmində mühüm yer tutur.
Adada itkinlərin tapılması üçün yaradılan komitə işini fasiləsiz davam etdirir.
İki icmalı İtkin Şəxslər Komitəsinin bir Türk, bir Rum və bir də BMT təmsilçisi olan xarici üzvü var.
1981-ci ildə yaradılan komitə, itkin şəxslərin tapılması üçün şahidlərin verdiyi ifadələr və əldə olunan məlumatlar əsasında ada boyu qazıntılar aparır.
Qazıntılarda tapılan qalıqlar iki tərəf arasında qalan neytral bölgədəki antropologiya laboratoriyasında toplanır.
Kiprdə ümumilikdə 2002 itkin şəxs var.
Türk itkinlərin əksəriyyəti mülki şəxslərdir. Aralarında yeni doğulmuş körpələr, qadınlar, yaşlılar var.
Türk və Rumları eyni məqsəd üçün bir araya gətirən komitə indiyədək minə yaxın görüş keçirib.
Komitənin Türk və Rum üzvləri işləri siyasi mübahisələrdən kənarda saxlamaq üçün çalışırlar.
İndiyədək aparılan işlər nəticəsində 1055 nəfər tapılıb və kimlikləri müəyyən edilərək ailələrinə təhvil verilib.
Bu gün hələ də Türk və Rum olmaqla ümumilikdə 947 nəfər itkinlər siyahısındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı