Bakıda memarlıq abidəsi olan yaşayış binası dağıdılıb: Sakindən redaksiyaya ŞİKAYƏT - FOTO
Bakıda memarlıq abidəsi olan yaşayış binası dağıdılıb: Sakindən redaksiyaya ŞİKAYƏT - FOTO
Yusif Nəzərli
08:57 24.06.2022
Tarix
1419
“Bizim tarixi evimizi barbarcasına dağıtdılar və hələ də buna görə maddi kompensasiya ödənilməyib”.
Bu şikayətlə Media.az redaksiyasına Bakı sakini, Dilarə Əliyeva küçəsi, 141 ünvanındakı mənzildə yaşayan Bikə Həsənova müraciət edib. Qadının sözlərinə görə, 2017-ci ilin oktyabr ayında “FF” mənzil-tikinti kooperativi tərəfindən çoxmənzilli binanın bünövrəsinin qəsdən sarsıdılması nəticəsində onun künc tərəfi uçub.
“Evin 100 ildən çox yaşı var, amma çox davamlıdır. Binada 18 ailə yaşayırdı, amma həyasızcasına aparılan qazıntıdan sonra cəmi 15-i qalıb. Məsələn, ulu babası tarixi binanın inşaatçılarından olan 89 yaşlı nənənin mənzili dağıdılıb. İndi qadın qohumlarının evində yaşayır. Divarlarımız çatladı, amma biz qaldıq”, - deyə qadın bildirib.
B.Həsənova iddia edir ki, ev sakinləri “FF” mənzil-tikinti kooperativini, daha doğrusu, onun sahibi Tamilla İbrahimovanı məhkəməyə veriblər:
“Rayon, Ali və Apellyasiya Məhkəmələri bizim xeyrimizə qərar çıxarıb. Biz bu işi qazandıq. Məhkəmə qərar verdi ki, T.İbrahimova bizə maddi təzminat ödəməlidir. Ancaq o, hələ də bunu etməyib və etməyəcəyini də açıq şəkildə bəyan edir”, - deyə Bikə Həsənova qeyd edib.
Qeyd edək ki, bu hal mediada geniş şəkildə işıqlandırılıb. T.İbrahimova D.Əliyeva küçəsi, 141 ünvanında yerləşən tarixi yaşayış binasının sökülməsinə və yerində çoxmərtəbəli binaların tikintisinə Bakı Şəhər İcra Hakimiyyətindən icazə aldığını bildirib.
Nəticədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının keçmiş rəhbəri Rasim Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 314-2.3-cü (torpaq sahələrinin ayrılması və ya qanunla müəyyən edilmiş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazənin verilməsi) maddələri ilə ittiham olunub. O, üç il müddətinə azadlıqdan məhrum edilib, lakin bu il azadlığa çıxıb.
“Günahsız bir insanı dəmir barmaqlıqlar arxasına saldılar. Tikintiyə icazəni keçmiş icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. Məhkəmə zalında Tamilla İbrahimova müvafiq sənədləri əldə etmək üçün ona külli miqdarda rüşvət verdiyini bildirib. Yalnız biz elan edəndə ki, evimiz yerli əhəmiyyətli mədəniyyət abidəsi olduğundan dövlət himayəsindədir, problemimizə diqqət yetirdilər”.
Fəaliyyəti “dondurulmuş” “FF” şirkətinin sahibindən təzminat ödənilməsi ilə bağlı artıq məhkəmə qərarı olsa da, prokurorluqda istintaq hələ də davam edir”, - deyə Bikə Həsənova davam edir.
Bu işin araşdırılması ilə prokurorluğun müstəntiqi İlqar Səfərov məşğul olurdu. Qadının sözlərinə görə, o, evlərinin bərpa olunacağına söz verib, lakin bir müddət sonra telefonlara cavab verməməyə başlayıb.
Media.Az İlqar Səfərovla əlaqə saxlayıb. Həmin şəxs bu işin artıq onun səlahiyyətlərinə aid olmadığını bildirib və şərh almaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb və qərar çıxarılıbsa, deməli, istintaq çoxdan başa çatıb. Məsələ ondadır ki, istintaq məhkəmənin yekun qərarına qədər davam edir.
Lakin mətbuat xidmətindən hazırda bu problemlə bağlı kimin məsuliyyətli olduğunu və təzminat ödəməyən “FF” MTK sahibinə qarşı niyə tədbir görülmədiyini açıqlamayıblar.
“Məhkəmə qərarı icra olunmazsa, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edə bilərsiniz”, - deyə mətbuat xidmətindən bildirilib.
Media.Az-ın Tamilla İbrahimova ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Buna baxmayaraq, redaksiya ona və bu işə cavabdeh olan müvafiq dövlət qurumlarının nümayəndələrinə sözlərini demək imkanı verməyə hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya