Birləşmiş xalqın mübarizəsi: 8 noyabr tariximizin ən parlaq səhifəsidir
10:57 07.11.2024
Tarix
1696
“8 noyabr tariximizin ən parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizə qələbə sevincini yaşadan qalib ordumuz 44 gün ərzində dünya hərb tarixində yeni bir səhifəni qızıl hərflərlə yazdı”.
Bu sözləri “Sherg.az”a politoloq Aytən Qurbanova 8 noyabr Zəfər Günü ilə bağlı danışarkən deyib.
O bildirib ki, bütün cəbhələrdə Ermənistan və himayədarlarına qarşı təkbaşına apardığımız mübarizənin qələbə ilə nəticələnməsini şərtləndirən bir sıra amillər mütləq şəkildə qeyd olunmalıdır:
"İlkin olaraq xalq-dövlət birliyinin ən önəmli faktor olduğu unudulmamalıdır. Ali Baş Komandana olan sonsuz etimadın və Vətən sevgisinin birləşdirici gücü ilə bütün dünya azərbaycanlıları tək yumruq olmağı bacardı və beləliklə də, heç bir kənar müdaxilə bu birliyi sarsıda bilmədi. Məhz qələbəni şərtləndirən başlıca amil də güclü və qətiyyətli liderin ətrafında birləşmiş xalqın mübarizəsi olaraq vurğulanmalıdır”.
Xanım politoloq söyləyib ki, otuz ilə yaxın davam edən işğal dövründə danışıqlar prosesinin davam etdirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilsə də, ordu quruculuğu dövlətin ən vacib hədəfləri sırasında ilk yerdə olub:
“Çünki istər öz missiyasını heç vaxt icra etməyən keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, istərsə də işğalçını himayə edərək sonsuz və nəticəsiz danışıqlar prosesini hədəfləyən yanaşmaların mövcudluğu müharibəni qaçınılmaz edirdi. Xüsusilə də, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin absurd çıxışları və yeni ərazi iddiaları danışıqlar yolu ilə ərazilərin işğaldan azad edilməsinin mümkünsüzlüyünü aydın şəkildə sübut etmiş oldu. Belə olan halda hərbi idarəetmədə kadr islahatlarının həyata keçirilməsi, müasir hərbi-texniki təchizatın təmin olunması və ən əsası da vətən sevgisi ilə tərbiyə olunmuş şəxsi heyətin ruh yüksəkliyi ilə döyüş hazırlığına cəlb olunması qaçınılmaz olan müharibənin sonunda əldə edilmiş zəfərin ən təməl daşları olaraq ifadə edilə bilər. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və konstitusion əsaslarının qorunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı xüsusi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilib. Şəhid ailələri və qazilərimiz hər zaman dövlət qayğısı ilə əhatə olunur. Heç şübhəsiz ki, cənab Prezidentin müdrik siyasəti, atdığı strateji addımlar və qətiyyətli mövqeyi bütün cəbhələrdəki qələbənin həlledici meyarıdır”.
Ekspert vurğulayıb ki, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu neft diplomatiyası, çoxtərəfli beynəlxalq əlaqələr və balanslı xarici siyasətin qazandırdığı üstünlüklərlə dost və strateji tərəfdaş olan ölkələrin sırası mütəmadi olaraq genişlənir:
“Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin möhkəmləndirilməsi, Türk və İslam dünyasında birlik və həmrəyliyin təmin olunması istiqamətində mühüm addımların atılması və Qərb-Şərq qarşıdurmasında daima birləşdirici qüvvə olaraq çıxış etməsi Azərbaycanın balanslı siyasətinin mühüm nəticələri olaraq qeyd edilə bilər. Ona görə də, 8 noyabr bizim üçün sadəcə Zəfərin deyil, həm də birliyin və həmrəyliyin rəmzidir. Həmçinin onu da unutmamaq lazımdır ki, ədalət uğrunda bütün dünyaya qarşı bir olmağın gücünü hərkəsə sübut etdiyimiz bu tarixi gündə biz həm də zülmə və zorakılığa məruz qalmış bütün xlaqlar üçün ümid işığını da yandırmış olduq. Vətən sevgisi ilə bu işıq uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir və onların əziz xatirələrini hər zaman ehtiramla yad edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media