
Ermənilər təşvişdə: Hələbin azad edilməsi ilə Turanın yenidən dirçəlməsindən qorxurlar
14:10 10.12.2024
Tarix
1503
Suriya bir dövlət olaraq artıq mövcud deyil. Eyni zamanda, Suriya faktoru təkcə bu keçmiş dövlətin ərazisi ilə bitməyəcək və çox güman ki, tezliklə regionun xəritəsində çox ciddi dəyişikliklərin şahidi olacağıq.
bu sözləri erməni politoloq Arman Abovyan Suriyada Əsəd rejiminin devrilməsi haqda qeyd edib. O bildirib ki, Suriya faktoru dünyanın böyük parçalanması və ya yeni “Potsdam konfransı” ərəfəsində kəskin şəkildə aktivləşib. Suriyada “kimlərin nələr əldə etməsi”nə isə Abovyan bu cür cavab verib.
O söyləyib ki, Türkiyə Böyük Turan layihəsinin Yaxın Şərqi də əhatə edən hissəsini silah gücü ilə səmərəli şəkildə həyata keçirərək, bölgədəki fiziki varlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu da öz növbəsində Türkiyə-Azərbaycan tandeminin Ermənistanı daha da sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində qeyri-sabitlik yaratmaq cəhdlərinin aktivləşməsinə gətirib çıxaracaq.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, Suriyada gedən proseslər fonunda Türkiyənin dünyada gücünü artırması bəzi dövlətləri narahat edir:

“Həmin ölkələrdən biri də Ermənistandır. Təbii ki, burada söhbət təkcə Ermənistandan getmir, eyni zamanda regionda və dünyada Türk Dövlətlər Təşkilatının (TDT) güclü birliyə çevrilməsindən narahat olanlar var. Türkiyənin Suriyada əsas faktora çevrilməsi, xüsusilədə türklərin yaşadığı bölgələrin Bəşər Əsəd rejimindən qurtulması bir faktdır. Eyni zamanda Hələb şəhəri də türkçülüyə bağlı bir ərazidir. Həm erməni, həm də TDT-na qarşı olan dövlətlərin politoloqları Hələbin azad edilməsini Turanın yenidən dirçəlməsi kimi izah edirlər. Erməni politoloq Arman Abovyan Türkiyənin və Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsindən narahatdır. Bu halı Ermənistan üçün təhdid sayırlar. Tarixə nəzər yetirdikdə Ermənistan adlanan dövlət kimi bir qurumun olmadığını görürük. Ermənistan əraziləri böyük türk dövlətlərinin tərkibində olub. Bu bölgədə yerli xristian türklərini assimilasiya edərək 18-ci ildə dövlət yaratdılar. Əslində isə Azərbaycan və Türkiyə ermənilərə heç bir problem yaratmır”.
Türkoloq-alim söyləyib ki, erməni politoloqun belə həyacanlanmasına səbəb həmin ərazilərdən vaxtilə heç bir gücə sahib olmamalarıdır:
“İndi isə TDT-ya daxil olan dövlətlərin, xüsusilə də Azərbaycan və Türkiyənin güclənməsi Ermənistanı rahatsız edir. Belə hallar isə ermənilərin məkirli olmasını növbəti dəfə sübuta yetirir. Adadoludan Uyğurustana, Krımdan Kərkür və Hələbə qədər ərazilərdə tarix boyu türk dövlətləri mövcud olub. Ermənilər indiyə qədər zaman-zaman ABŞ, Fransa, Rusiyaya güvəniblər. Hazırda onlar öz rolunu itirirlər və türk faktoru meydana çıxır. Faktiki olaraq tarix öz ədalətini bərpa edir və edəcək. Ermənistan bu şərtlər altında Fransa, ABŞ və hansısa ölkənin maşa dövləti olmaqdan qurtarmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media