
Faiq Ələkbərli: Şah İsmayılın fərmanı bizim üçün doğmadır
Yusif Nəzərli
10:49 26.10.2024
Tarix
1641
Bu sənəd göstərir ki, ta qədimdən Azərbaycan türklərinin güclü dövləti olub
“Tarixşünaslıqda sovet ideologiyasından qurtulmaq lazımdır. Artıq milli dövlətimizdə yaşayırıq”
Xəbər verdiyimiz kimi, Şah İsmayıl Xətainin fərmanı Azərbaycana gətirilib. Tarixdəki ən böyük imperiyamız olan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin 516 il öncəki fərmanı Milli Azərbaycan Tarixi Muzeyində sərgilənib. Səfəvilər dövlətinin ilk illərinə aid olan bu nadir rəsmi sənəd Azərbaycanın dövlətçilik ənənələrinin tədqiqi və təbliği üçün qiymətli fakt və qaynaqdır. Sözügedən fərman bu il İngiltərənin məşhur “Christies” hərracında adı açıqlanmayan bir Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib. Tarixçilərə görə, bu fərman milli-mədəni irsimizin qorunmasına mühüm töhfədir. Sözügedən fərman Şah İsmayıl Xətai tərəfindən hicri-qəməri təqvimi ilə 914-cü ilin səfər ayının 25-də (miladi təqvimi ilə 4 iyul 1508-ci il) imzalanıb. Fərmana əsasən, Şah İsmayıl Xətai paytaxt Təbrizdəki Xan Əhməd bağını ögey qardaşı Seyid Süleyman Mirzəyə bağışlayıb. Fərman fars dilində yazılıb və Şah İsmayıl Xətainin möhürü vurulub. Bu fərman Şah İsmayılın sağlığında yazılaraq müasir dövrümüzədək gəlib çatmış, tam, möhürlü və tuğralı olması ilə xüsusi əhəmiyyət daşıyır.
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, türk dövləti olan Səfəvilərə aid istənilən tarixi tapıntının əldə olunması, aşkarlanması və Azərbaycana gətirilməsi çox təqdirəlayiq haldır. Alimin sözlərinə görə, sovet dövründə bizə təlqin edilirdi ki, guya Səfəvilər Şah Abbasa qədər Azərbaycan dövlətidir, ondan sonra isə "İran dövləti"dir:

"Qacarlar "İran dövləti" kimi qələmə verilirdi. Belə fərmanların üzə çıxması tarix baxımından çox əhəmiyyətlidir. Tarixşünaslıqda sovet ideologiyasından qurtulmaq lazımdır. Artıq milli dövlətimizdə yaşayırıq. Şah İsmayılın fərmanı da bizim üçün doğmadır. Fərmanı göstərir ki, ta qədimdən Azərbaycan türklərinin güclü dövləti olub. Ölkəmizdən xaricdə yaşayan soydaşlarımızın da bu məsələlərə həssas yanaşması sevindiricidir. Tarixi keçmişimiz hamımızındır, hamımız ona sahib çıxmalıyıq. Sovet ənənəsində olduğu kimi bütün dövlətlərimizi işğalçı kimi qələmə verməkdən yan qaçmalıyıq. Qədim dövlətlərimizin milli ruhunu, milli mahiyyətini ifadə etməliyik. Mən bu istiqamətdə görülən işləri təqdir edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media