Naməlum qəbirlər, məzar daşları…
Yusif Nəzərli
21:22 24.06.2022
Tarix
1676
“Mavi çuxur” turistlərin ən çox görmək və sularında üzmək istədiyi yerdir
Qırmızı dəniz bu gün də dünyanın sirli məkanlarından hesab edilir. Xüsusən də, Qırmızı dənizdəki “Mavi çuxur” adını almış çökəklik, turistlərin ən çox görmək və sularında üzmək istədiyi yerdir. Təəssüf ki, gözəlliyi ilə məftun edən çökəklik həm də faciələr məskənidir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, “Mavi çuxur” “dalğıc məzarlığı” adıyla da tanınır. Çuxurun ətrafında xeyli sayda məzar daşları, naməlum məzarlar var. Bu günlərdə ərazidə çəkilmiş video isə qorxulu məqamları qeydə alıb. “Mavi çuxur” Misirin şərq sahillərini “yuyan” Qırmızı dənizin 120 metr dərinliyindəki təbii çökəklikdir. Qırmızı dəniz özü də bütövlükdə tektonik çökəklikdə yerləşir.
“Mavi çuxur” isə çökəklikdəki dənizin çökəkliyidir, deyilə bilər. Turistləri cəlb edən “Mavi çuxur”un əsrarəngizliyi, fauna və florasının bənzərsizliyidir. Lakin bu təbiət gözəlliyi həm də yüzlərlə insana məzar olub. Yerli xalq çökəklikdə batıb qalmış cəsədlər olduğuna inanır. Hətta onu dünyanın tavanı adlandırılan və yüzlərlə alpinistə, dağçılara məzar olan Comolunqma zirvəsinə bənzədirlər. Comoluqma dünyanın tavanı, “Mavi çuxur” isə yerin dibidir. Göyə qalxmaq istəyənləri Comoluqma, yerin dərinliyinə baş vuranları isə “Mavi çuxur” “udur”. Misir turizm şirkətləri “Mavi çuxur”a baş vurmaq istəyənlərə mütləq təcrübəli dalğıc rəhbər təyin edir. Çünki ərazi çox təhlükəlidir. 120 metr dərinliyi olan çuxurun yalnız 25 metrliyinədək enməyə icazə verilir. Ərazidə çalışanlar ölüm hallarının sözə baxmayan turistlərin daha dərinə baş vurmaq istəyindən qaynaqlandığını bildirir.
Çünki dərinliyə endikcə qan təzyiqinin qalxması baş verir, nəticədə dərinlik sərxoşluğu sindromu yaranır. Bu da insanda baş ağrısı, baş gicəllənmə yaradır ki, nəticədə üzgüçülük qabiliyyəti itir, insan özünə yol tapıb çuxurdan çıxa bilmir. “Mavi çuxur”a baş vuranlardan bəziləri dərinlikdə bir işıq gördüklərini deyib, lakin onların gördüyü miraj hesab edilir.
Dərinliyə baş vurduqca başgicəllənmə səbəbindən insanların gözü önündə müxtəlif görüntülər canlana bilər. Amma bir reallıq bundan ibarətdir ki, “Mavu çuxur”un ətrafında – sahildə bu gözəlliklər içində həyatını itirmiş şəxslərin xatirəsinə yüzlərlə məzar daşı mövcuddur. 1997-ci ildə İrlandiyadan Misirə səfər etmiş gənc cütlük “Mavi çuxur”a birlikdə baş vurmuş, lakin saatlar keçsə də oradan çıxmamışdı. Dalğıclar dərinliyə baş vurduqda cütlüyü bir-birinə sarılmış, ölü halda tapmışdılar. Mütəxəssislər olay haqqında “çox güman ki, biri həyəcanlanıb, panikaya düşüb, digərini də dərinə çəkib”, deyirdi. 2000-ci ildə isə İsraildən gəlmiş bir rus – Yuri Lipski “Mavi çuxur”a özünü video-kameraya alaraq enib. Və Yuri də “Mavi çuxur”dan geri qayıtmayıb. Onun çəkdiyi video bu gün də internetdə ən çox baxılanlar sırasındadır. Yerli xalq isə “Mavi çuxur” haqqındakı rəvayətə söykənərək ərazinin lənətlənmiş olduğuna inanır.
Rəvayətə görə, əsrlər öncə ərazidə yaşayan bir ailə qızlarını sevmədiyi bir nəfərə zorla ərə verməyə çalışıb, qız isə özünü dənizə ataraq boğulub. Bu kədərli rəvayətdən savayı, dənizin dibində canavar və ya qatil bir qız yaşadığına dair əfsanələr də var.
Bölgədə “Mavi çuxur”da batanları tapıb çıxarmaqla məşhurlaşan dalğıc “sümük kolleksioneri” kimi tanınır. Dalğıc “Mavi çuxur”a baş vurmaq asandır. Bəzilərini məhz bu asan dalış çaşdırır. Elə bilirlər ki, dərinə baş vurmaq asandırsa, orada üzmək də çətin olmayacaq. Lakin bu, aldadıcıdır. Suyun təzyiqi rahat üzməyə imkan vermir. Boğulmaq və batmaq təhlükəsi də buna görə yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya