
Parlamentari: Naxçıvan uzun müddət məhrumiyyətlərə məruz qalıb
09:56 07.03.2025
Tarix
982
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi zamanı deyib.
O bildirib ki, burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik:
"Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a bildirib ki, Möhtərəm Prezidentin mətbuata bəyanatında ifadə etdiyi kimi, Qərbi Zəngəzurun Ermənistana qanunsuz formada verilməsindən sonra Naxçıvan uzun müddət məhrumiyyətlərə məruz qalıb, xüsusən Birinci Qarabağ müharibəsində ağır blokadaya düşüb:

"Sonrakı dövrdə blokada davam etsə də, Ulu Öndər Muxtar Respublikanın rəhbərliyinə gəldikdən sonra onun iradəsi ilə, Naxçıvan əhalisi 1993-cü ildən etibarən tədricən blokadanın təsirlərindən azad olmağa başlayıb. Siyasi iradə və Ulu Öndərin bu prosesdə xalqın gücünə arxalanması, özünün şəxsi nüfuzu ilə ikitərəfli və çoxtərəfli münasibətlər sayəsində Naxçıvanı məhrumiyyətlərdən qurtarıb. Eləcə də möhtərəm cənab Prezidentin müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsi və antiterror tədbirlərində zəfərindən sonra Azərbaycanın güc və imkanları, suverenliyinin artması, tam şəkildə bərqərar olunması, siyasi-iqtisadi müstəqilliyinin bərqərar olunması, o cümlədən bölgədə yeni reallıq yaratması Naxçıvan üçün yeni bir mərhələ başlatdı. Sirr deyil ki, Azərbaycan daim çoxsaylı təzyiq rıçaqları ilə üz-üzə olub. Məsələn bölgəmizdə 30 il davam etmiş separatizmin mövcudluğu, ərazilərimizin işğalda qalması, o cümlədən Ermənistanın havadarları tərəfindən silahlandırılması əleyhimizə təsir rıçağı olub. Eləcə də Azərbaycana əsas təsir rıçaqlarından biri həmişə Naxçıvan olub. Naxçıvan əhalisini məhrumiyyətlərə, xüsusən də enerji məhrumiyyətlərinə məruz qoyaraq bizə qarşı təsir imkanları yaratmağa çalışıblar. Ötən dövr ərzində həyata keçirilən ardıcıl milli məzmunlu siyasət Azərbaycana münasibətdə həmin o rıçaqları minimuma endirib və ölkəmizin öz gücü, imkanları hesabına, eləcə də özünün potensialı hesabına Naxçıvanı qazla təmin etməsi yolunda atılan bu addım suverenliyimizin daha da çiçəklənməsi deməkdir".
Deputat əlavə edib ki, biz addımları Türkiyə ilə bərabər atırıqsa, bu, Azərbaycan-Türkiyə əməkdaşlığında yeni bir qardaşlıq səhifəsi deməkdir:
"Geosiyasi ziddiyyətlərin dərinləşməsi fonunda Azərbaycan və Türkiyə liderləri yanaşı dayanaraq birgə iradə ifadəsi nümayiş etdirilirsə, bu, əslində həm də yeni bir tarixin başlanması deməkdir. Bu mənada, Naxçıvanın qazla təminatı böyük tarixi hadisə və daha böyük məqsədlərin yol xəritəsini ifadə etmiş oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı