Qafar Çaxmaqlı: Erməniləri ifşa edən məqamların xarici alimlərin, tarixçilərin dili ilə gündəmə gətirilməsi daha təsirli olar
Yusif Nəzərli
22:09 11.03.2025
Tarix
940
Onların sözü eşidilir
“Fikrimcə, erməni lobbisi ilə ideoloji mübarizədə bütün vasitələr işə salınmalıdır ki, daha çox səs gətirsin, effekti olsun"
Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edən millət vəkili Fariz İsmayılzadə deyib ki, xaricdə keçirilən tədbirlərimizdə çıxış edən xarici ekspertlər təqibə məruz qalırlar. Deputat bildirib ki, son zamanlar erməni diasporu tərəfindən bizim tədbirlərdə çıxış edən ekspertlərin çalışdığı universitetlərə çoxlu məktublar yazır, onların kafedrasını bağlayır və başqa yolla təzyiqlər edirlər:
"Azərbaycanın mənafeyindən çıxış edən əcnəbi ekspertlər erməni diasporunun təqibinə məruz qalır. Ona görə də əcnəbi dostlarımızı, ekspertlərimizi xarici səfirliklər yolu ilə qorumalıyıq”. Deputat həmçinin Qərbi Azərbaycanla bağlı qayıdış prosesinə simpatiya qazandırmağın zəruri olduğunu söyləyib:
"Tarixdə deportasiyaya məruz qalan və öz doğma torpaqlarına qayıdan xalqları nümunə göstərmək mümkündür. Xarici auditoriyalarda, xarici universitetlərdə elmi məqalələrə ciddi yanaşırlar. Biz gərək elmi məqalələrimizin, araşdırmalarımızın sayını artıraq. Eyni zamanda xarici universitetlərdə elmi kafedralar təsis etməyə çalışmalıyıq". Ekspertlərin fikrincə, həqiqətən də, ölkəmizə səfər edən, yaxud tədbirlərdə çıxış edərək respublikamızla həmrəylik sərgiləyən bəzi diplomatlar, jurnalistlər, siyasi ekspertlər erməni diasporunun hədəfinə tuş gəlirlər. Görünür, məqsəd təzyiq və təhdid yolu ilə bu şəxslərin Azərbaycanla əməkdaşlığına son qoymaq, habelə ölkəmizə pozitiv münasibət bəsləyən şəxsləri dövlətimizlə əməkdaşlıqdan çəkindirməkdir. Erməni diasporu bu yolla Azərbaycanı təcrid etməyə, onun xaricdəki əlaqə və təmaslarını minimuma endirməyə çalışır.
Türkiyənin Ərciyəs Universitetinin professoru, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"adeyib ki, xarici ölkələrdə yaşayan və həqiqəti söyləməyi özlərinə borc bilən əcnəbi alimlər var. Professorun sözlərinə görə, xüsusən "erməni məsələsi" ilə məşğul olan xarici tarixçilər, araşdırmaçıların təsirlərə, təzyiqlərə məruz qalması şübhəsizdir:
"Bəzi hallarda onların kitabları müxtəlif yollarla yığışdırılır, müəyyən metodlarla təzyiq göstərməyə çalışırlar. Amma inanmıram ki, bu cür addımlar vicdanlı, obyektiv alimlərin öz sözlərini cəsarətlə deməsinə mane olsun. QHT rəhbəri kimi mən də çoxsaylı tədbirlərdə iştirak edirəm. Eyniylə bizim təşkil etdiyimiz konfranslara xarici elm adamları qatılırlar. Onların təzyiqlə üzləşməsinə rast gəlməmişəm. Amma təbii ki, belə hallar baş verir. Millət vəkili də buna diqqət yönəldir. Əgər Azərbaycanın yanında olduğuna görə xarici alim, siyasətçi, jurnalist erməni diasporunun təzyiqi ilə üzləşirsə, bu o demək deyil ki, biz həmin adamı bir daha tədbirimizə dəvət etməməliyik. Qətiyyən belə davranmaq olmaz. Əksinə, haqqımızı müdafiə edən əcnəbi tanınmışlarla daha çox işləməli, onlarla sıx əlaqədə olmalıyıq. Qəbul etmək lazımdır ki, ideoloji cəhətdən yaxşı silahlanmış erməni lobbisi ilə üz-üzəyik. Erməni lobbisi yüz ildən artıqdır ki, Azərbaycana, Türkiyəyə qarşı ideoloji, mənəvi terror törədirlər. Bütün hücumlara hazır olmalı, adekvat cavab tədbirləri görməliyik".
Alim hesab edir ki, bu istiqamətdə başqa dövlətlərin nümayəndələrini də prosesə cəlb etmək olduqca faydalı və
zəruridir:
"Çünki adətən qərəzli dünya birliyi, beynəlxalq aləm bizim dediklərimizi həqiqət kimi qəbul etmək istəmirlər. O baxımdan erməniləri ifşa edən məqamların xarici alimlərin, tarixçilərin dili ilə gündəmə gətirilməsi daha təsirli olar. Bunun əhəmiyyəti çoxdur, çünki onların sözü eşidilir. Fikrimcə, erməni lobbisi ilə ideoloji mübarizədə bütün vasitələr işə salınmalıdır ki, daha çox səs gətirsin, effekti olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə