Qafar Çaxmaqlı: Qarsın əhalisinin yarıdan çoxu kürdlərdən ibarətdir
Yusif Nəzərli
21:35 01.04.2025
Tarix
794
Azərbaycan türklərinin Qars və ətraf bölgədən köç etməsi tarixin müəyyən mərhələlərində və müəyyən səbəblərdən baş vermiş hadisədir
“X” sosial şəbəkəsinin Türkiyə seqmentində yayılan səs yazısı ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. Bir qrupda azərbaycanlıların yaşadığı kəndlə bağlı deyilənlər birmənalı qarşılanmayıb. Kürdlərdən ibarət qrupda Erhan adlı şəxs Qars vilayətinin Diqor rayonunda azərbaycanlıları yaşadıqları kənddən çıxarmaq üçün bəzi yollara əl atdıqlarını söyləyib. Qeyd edib ki, Diqorda 40-a yaxın kənd vardı və birində azərbaycanlılar yaşayırdı: "Dedik ki, azərbaycanlıların kəndi olmamalıdır. Onların su mənbəyinə təzək tökdük, çıxıb getdilər. Sürgün etdik, ərazilərini ödənişsiz şəkildə aldıq”. Məlumat üçün deyək ki, bu kənd Ermənistanla sərhəddə yerləşir. Sözügedən səs yazısı “X”da sürətlə paylaşılıb. Çox sayda şəxs paylaşımlara münasibət bildirib. Rəylərin əksəriyyətində bu vəziyyətin 30 ildən çox davam etdiyi vurğulanır. Bəziləri Türkiyənin şərq bölgəsindəki türk kəndlərində vəziyyətin uzun illərdir gərgin olduğunu, azərbaycanlılar da daxil bir çox türklərin kürdlər tərəfindən təhdid edildiyini, xoşagəlməz addımlarla üzləşdiyini bildiriblər. Yazanlar arasında həmin ərazidə yaşadığı və sırf bu məsələlərə görə ailəsi ilə birlikdə digər bölgələrə köçdüklərini bildirənlər də var. Bir qisim sözügedən şəxsin iddialarının doğru olmadığını desə də, çoxu şərq bölgəsindən türklərin bu səbəbdən digər vilayətlərə köç etdiyini, kürdlərin onlardan qalan əraziləri ələ keçirdiyini və burada çoxaldığını yazır. Qeyd edək ki, Diqorda ümumilikdə 19 min 872 nəfərin yaşadığı, 7 min 473-nün bölgənin mərkəzində, qalanlarının isə kəndlərdə məskunlaşdığı bildirilir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, bu məsələ Türkiyədə müəyyən dairələr tərəfindən də narahatlıqla qarşılanıb. Alimin sözlərinə görə, Türkiyənin bəzi bölgələrində radikal qrupların yerli sakinləri öz yurdlarından zorla çıxarmasına, onlara məxsus ərazilərdə yerləşməsinə rast gəlinir:
"Qars vilayəti tarix boyunca Azərbaycan coğrafiyası sayılıb. Orada Azərbaycan türklərinin sayı digər xalqlardan daim çox olub. Qars 1878-ci ildə Rusiyaya veriləndən sonra bu əraziyə ermənilər, malakanlar və kürdlərin yerləşdirilməsi prosesi başlanılıb. Əhali balansı dəyişməyə məruz qalıb. Ondan sonra dağdan-daşdan, Diyarbəkir tərəflərindən kürdlərin Qarsın münbit torpaqlarına enişi başlayıb. Tədricən, kürdlər Qarsda məskunlaşıb. Kürd əhalinin çoxalması nəticəsində Azərbaycan türklərinin bölgədən sıxışdırılıb çıxarılması prosesi başlanılıb. Sadəcə, sıxışdırılıb çıxarılma da deyil, iqlim şərtlərinin pis olması, qışın sərtliyi səbəbindən bəzi Azərbaycan türkləri, o cümlədən Qərbi Azərbaycandan Qarsa köç etmiş insanların bir çoxları Türkiyənin qərb əyalətlərinə getməyə məcbur qalıblar. Nəticə etibarı ilə kürd əhali burada çoxalmağa başlayıb. Sözügedən Diqor kəndində də zamanında Azərbaycan türkləri çoxluq təşkil edirdilər. Zamanla kürdlərin bölgədə sayının artması 40 kəndin əhatəsində sadəcə bir kəndin qalmasını mümkünsüz hala gətirib. Ona görə də Azərbaycan türkləri bölgəni tərk etmək məcburiyyətində qalıblar. 70-ci illərdən sonra proses daha sürətlə davam edib".
Bununla yanaşı, Q.Çaxmaqlı hesab edir ki, sözügedən votsap qrupunda iddia edilənlər, yəni kürdlərin türkləri açıq-aşkar sıxışdırması, müəyyən üsullara ət atması o qədər inandırıcı görünmür:
"Türkiyə dövləti güclüdür və belə təxribatlara imkan verməz. Azərbaycan türklərinin Qars və ətraf bölgədən köç etməsi tarixin müəyyən mərhələlərində və müəyyən səbəblərdən baş vermiş hadisədir. Qarsın əhalisinin yarıdan çoxu kürdlərdən ibarətdir. Bu məqam seçkilərin nəticələrində özünü açıq-aşkar göstərməkdədir. Türkiyənin cənub-qərb vilayətlərində də eyni vəziyyətdir və bu proses getməkdədir. Fikrimcə, Türkiyə dövləti əhalinin yerdəyişməsi, nüfuzla bağlı vahid siyasət icra etməlidir. Gələcəkdə Türkiyədə etnik problemlər yaşamaması üçün bu, çox zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı