
Tarixçi-alim: Zəngəzur azərbaycan türklərinə aid olan ərazilərdir
11:50 06.03.2025
Tarix
956
Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq
Azərbaycan və Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu əlaqələrin mühüm istiqamətlərindən biri də enerji əməkdaşlığıdır. 5 mart 2025-ci il tarixində İğdır-Naxçıvan qaz xəttinin açılışı münasibətilə keçirilən mərasim bu əməkdaşlığın növbəti bariz nümunəsidir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezident İlham Əliyev çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, Naxçıvanın tarixi mövqeyi, onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsi və bunun tarixi səbəbləri haqqında danışıb. O, xüsusilə qeyd edib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana birləşdirib və bunun nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən qoparılıb. Bu ədalətsizlik bir əsrdən çox davam edib və Naxçıvanda yaşayan soydaşlarımızın həyatına mənfi təsir göstərib. Prezident, həmçinin, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanı blokadaya alaraq işğal etməyə cəhd göstərdiyini, lakin naxçıvanlıların Heydər Əliyevin rəhbərliyi altında öz torpaqlarını qoruduğunu vurğulayıb.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a söyləyib ki, Zəngəzurun bütövlükdə Azərbaycan torpaqları olduğu bir həqiqətdir. Zəngəzur azərbaycan türklərinə aid olan ərazilərdir:

“Tarixə nəzər yetirdikdə Zəngəzur, Naxçıvan, Zəngilan, Qarabağ və digər ərazilərin hamısı Azərbaycan torpaqları kimi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi həmin torpaqların hansı şəkildə Ermənistana hədiyyə edilməsi bəllidir. Bu Ermənistanın sovetləşməsindən sonra baş verən prosesdir. Burada məqsəd bir tərəfdən Ermənistanı geniş şəkildə böyütmək, digər tərəfdən isə türk dünyasının bütövlüyünü pozmaq idi. Məhz həmin proses 1920-ci ilin dekabrın əvvəlində başlayıb. Yəni 1920-ci ilin 27-dən 28-nə keçən gecə Azərbaycan SSR yaranmışdısa, təxminən 5-6 sonra Emrənistan SSR quruldu. Beləliklə dekabrın əvvəlində Qərbi Zəngəzurun Ermənistan SSR-yə birləşdiriməsi məsələsi ortaya qoyuldu. 1929-cu ildə Mehri şəhərinin Ermənistan SSR-yə verilməsi baş tutdu. Daha sonra isə Mehri rayonunun yaradılması ilə Qərbi Zəngəzur tamamilə Ermənistan SSR-yə birləşdi. Azərbaycan vaxtilə torpaqlarını itirmək məcburiyyətində qaldığı üçün bu gün öz ərazilərini geri istəmək ən təbii haqqıdır. Həmin torpaqlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın qanunla haqqıdır. 1920-ci dekabrından başlayaraq 1930-cu ilə qədər torpaqların Ermənistan SSR-yə birləşdirilməsi bizim həmin ərazilərdən imtina etməyimiz anlamına gəlmir. İlham Əliyevin qeyd etdiyi kimi biz həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu yaxşı bilirik. Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı