Rusiya ilə sülh danışıqları hələ ki, mümkün görünmür
Yusif Nəzərli
10:34 13.08.2022
Dünya
751
Hərbi-siyasi aktivlik Ukraynanın lehinə dəyişir
“Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması indiki situasiyada mümkün görünmür”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, avqustun 5-də Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin öz təkliflərini Kiyevə Ankara vasitəsilə çatdırıb:
“Rəsmi Kiyevdən verilən açıqlamada aydın olur ki, Moskvanın şərtləri Ukraynanı indiki statusla danışıqlara məcbur etməkdir. Təbii ki, rəsmi Kiyev buna getməz. Həlledici döyüşdə üstünlük əldə etdikdən sonra Kiyevin sülhə gedəcəyi bəllidir. Ukraynaya hücum silahlarının verilməsi əks-hücumlarla nəticələnəcək və Rusiyanın Ukrayna ilə real danışıqlar masasında kompromisə getməsini şərtləndirəcək.
Belarus nümayəndə heyəti danışıqlar üçün Moskvanın istəyi ilə Kiyevdə olub. Lakin danışıqlar nəticə verməyib. Amma bu haqda rəsmi açıqlama verilmədi. Ukrayna ona görə böyük miqyasda hücuma keçmir ki, Rusiyanın resursları tamamilə tükənsin, raketlərlə Kiyevi yenidən atəşə tutmasın. Rusiyanın nüvə silahına əl atma ehtimalı zəifdir. Çünki bu, Kremldə hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Hərbi-siyasi aktivlik Ukraynanın lehinə dəyişir. Soçidə Putinlə Ərdoğan Ukrayna məsələsini müzakirə etsə də, sülh danışıqlarına başlamaq üçün razılıq əldə edilməyib.
Çünki Rusiyanın şərtləri qəbuledilməzdir. Amma Putin yaxşı bilir ki, danışıqlar raundu başlayacaq və bunu Türkiyə aparacaq. Ankara da Ukraynanın sahədə tam üstünlüyü əldə etməsini gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq