20 il keçdi - Amma o, 9 aylıq körpə olaraq qaldı
13:04 18.07.2023
Hadisə
525
Bu, tibb tarixində “Brooke Greenberg hadisəsi” adlanır. Körpə anadan normal halda doğulur. Heç bir qəribəlik, anormallıq gözə çarpmır. 9 aylıq qızcığaz həkimə aparıldığında ailəsi şoka düşür. Həkimlər körpənin nadir rastlanan xəstəliyə tutulduğunu söyləyir. Xəstəliyin səbəbini bilməyən həkimlər onu sadəcə “X Sindromu” adlandırırlar. Bu, yaşlanma sindromudur. İnsan zahirən kiçik yaşlı, uşaq kimi görünür, daxildən isə sürətli qocalma prosesi gedir. Körpə Brooke də bu sindroma tutulub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən körpə ikən yaşlanan Brookenin qəmli taleyini oxucuya təqdim edir.
Sayt qeyd edir ki, körpə ABŞ-nin nüfuzlu tibb mərkəzlərindən bəziləri tərəfindən müayinə edilib, lakin müalicə üsulu tapılmayıb. Körpədə inkişaf dayandığı üçün mədəsində və böyrəklərdə problemlər başlayıb. Greenberglə bağlı araşdırma aparan South Florida Universitetinin Tibb Fakültəsindən doktor Ricard Valker onun barəsində "vücudunun müxtəlif bölümləri fərqli inkişaf mərhələsindədir, bir-biriylə əlaqəli deyillər”, söyləyib. Genetika mütəxəssisi olan başqa bir həkim isə körpənin endokrin sistemində anormallıq olmadığını deyib. İllər keçib, saysız-hesabsız həkimlər tərəfindən müayinə olunan körpə elə körpə olaraq da qalıb. 15 il keçib, amma körpə 9 ay əvvəl necə idisə, eləcə də qalıb. Ailənin Brookedən sonra daha 2 qız övladı dünyaya gəlib. Lakin onların hər ikisi normal olub. Hər iki bacı böyük bacıları Brookeyə “böyük bacı” kimi yanaşıblar, baxmayaraq ki, o, bacılarından olduqca kiçik görünürdü. Brooke kiçik qala-qala yaşlandıqca tibb mütəxəssisləri də araşdırmalarını davam etdirib. Körpə televiziya proqramlarının dəfələrlə qonağı olub. Bəzi mütəxəssislər bu nəticəyə gəlib ki, körpədə böyümə və inkişaf genləri mutasiyaya uğrayıb. Bu, hormonlardakı anormallıqla bağlı ola bilər. Körpənin vəziyyəti insan orqanizminin yaşlanması ilə bağlı da bir çox versiyaların ortaya atılamsına səbəb olub. Tibb mütəxəssisləri hesab edir ki, əgər körpənin inkişafdan geriqalma səbəbi tapılsa, insanın yaşlanmasına da çarə tapılar. Lakin körpə tibb elminə “heç bir töhfə” verə bilmədən 20 yaşında – 9 aylıq körpə kimi dünyadan köçüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya