COP-29 mahiyyətinə uyğun uğurlu nəticə əldə etdi -ŞƏRH
Yusif Nəzərli
11:20 16.11.2024
COP29
671
BMT-nin Bakıda keçirilən beynəlxalq COP-29 artıq ekoloji sammit çərçivəsindən çıxaraq, həm də çox əhəmiyyətli siyasi bir nəticə verdi. Azərbaycan prezidenti cənab İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları nəinki Azərbaycana qarşı, həmçinin BMT-na qarşı qarayaxma kompaniyası aparmaq istəyən Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi. Azərbaycanın qəti mövqeyi, bəzi Avropa liderlərinə Azərbaycanla güc, təzyiq dili ilə danışmağın əbəs olduğunu başa saldı.
Siyasi şərhçi Vüqar Dadaşov da "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Birliyinin Bakıda keçirilən COP-29 sammitini baykot etmə cəhdi əslində təşkilatçılara istədikləri effekti vermədi:
“Xüsusən Fransa, Almaniya, Avropa İttifaqının rəhbərlırinin Bakı tədbirində iştirak etməməsi bütünlüklə Avropanın COP-29-u baykot etməsi anlamına gəlmir. Belə ki, Böyük Britaniya başda olmaqla əksər Avropa ölkələri tədbirdə yüksək səviyyədə fəal iştirak edirlər. Əldə olunan Bakı bəyannaməsi üzrə razılaşmanı dəstəkləyən əksər Avropa ölkələri elə öz iştirak və imzaları ilə "baykot" arzusunda olanlara tutarlı cavabdır. Siyasi baxımdan BMT-nin iqlim üzrə beynəlxalq tədbirini baykot etmək cəhdi elə BMT-nin özünün baykot edilməsi deməkdir. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa üçün belə bir boykot cəhdi heç bir məntiqə uyğun deyil. Yeri gəlmişkən, təkcə bu fakt bir daha sübut edir ki, BMT-nin, eləCə də TŞ-nın struktur reformasına ehtiyac çoxdan yetişib. BMT-nin COP-29 Bakı sammiti ilə bağlı bəzi dövlət liderlərin qarayaxma, boykot cəhdi bir daha onu sübut edir ki, bəzi dairələr beynəlxalq təşkilatları və onların rəhbərlərini öz məqsədləri üçün bir təsir vasitəsi kimi istifadə edir, bəzi dövlətlərə yanaşmada ikili standartlar tətbiq edilir və məqsəd müstəqil siyasət yürüdən, öz milli maraqlarını qoruyan dövlətləri təsir altında saxlamaqdır, özünə tabe etməkdir. COP-29 mahiyyətinə uyğun uğurlu nəticə əldə etdi. Ekoloji və iqlim balansının qorunması üçün əldə edilən razılaşma özü qənaətimizə sübutdur. Əlbəttə ki, bu nəticə əhəmiyyətinə görə dünyamızı qorumaq üçün vacib nailiyyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm