
Analitik: Nə Ermənistan torpaqlarını vermək fikrindədir, nə də Azərbaycanın belə istəyi var
10:41 05.12.2024
Siyasət
352
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur – red.) və Vayots Dzorun (Dərələyəz mahalı – red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu. Bu iddia ilə erməni ekspert Edqar Qazaryan çıxış edib. O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib. Qeyd edib ki, Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Zəngəzurdan çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Kərki yaxınlığında yerləşirdi. Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O, bunu guya sözügedən “ərazilərin təhvilinə indidən şərait yaratmaq” kimi təqdim etməyə çalışıb. E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, bu növbəti xəstə erməni təfəkkürünün məhsuludur:

“Çünki Azərbaycanın Ermənistan torpaqlarını ələ keçirmək kimi bir iddiası və istəyi yoxdur. Digər tərəfdən isə Nikol Paşinyan indiki sərhədlərin, yəni 29 000 kvadrat klometr arasında olan ərazilərin dünya və Azərbaycan tərəfindən tanınması üçün var gücü ilə çalışır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması isə rəsmi İrəvanın Qərbə yönəlməsindən qaynaqlanır. Ermənistan hazırda radikal şəkildə Qərbə istiqamət alır və Rusiyadan imtina edir. Ermənistanın içində olan Rusiya uzantıları isə bundan ciddi şəkildə narahatdırlar. Ona görə də bütün vasitələrdən istifadə edərək xalqı Nikol Paşinyana qarşı qoymağa səy göstərirlər. Amma onlar unudurlar ki, erməni xalqı əsassız iddiaların köləsi olmaqdan yorulub və gərginlik istəmir. Yəni müəyyən radikal kəsimlər erməni xalqı içində qarışıqlıq salmağa cəhd edir. Edqar Qazaryan da həmin şəxslərdəndir. Nə Ermənistan Azərbaycana torpaqlarını vermək fikrindədir, nə də Azərbaycanın belə istəyi var. Sadəcə olaraq Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan Qarabağda törətdiyi ziyanlara görə Bakıya təzminat ödəməlidir. Həmin təzminatı ödəyə bilmirsə, əvəzində Qərbi Zəngəzuru Azərbaycana qaytarsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm