“600 bal toplayan abituriyentlər tələbə adını qazanmadılar” – Seçimdə yanlışlıq...
Fidan Həmişəyeva
13:46 06.09.2021
Elm və Təhsil
4434
Ali məktəblərə qəbul imtahanların nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, 44 861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.
Abituriyentlərin bəzən topladıqları bala uyğun gəlməyən və iddialı yer seçimi etdiklərini söyləyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, 600-dən çox bal toplayan, amma universitetə qəbul olmayanlar var. Ekspert təəssüflə vurğulayıb ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız “Abituriyent 2” jurnalına baxırlar:
“Düşünürlər ki, “Abituriyent 2” jurnalında olan ballar bu il üçün də keçərlidir. Bu isə ciddi yanlışdır və onların tələbə adını qazanmaq imkanını məhdudlaşdırır.
Bütün hallarda valideynlər, abituriyent və müəllimlərə tövsiyə edirik ki, ixtisas seçimi zamanı yalnız “Abituriyent 2” jurnalından istifadə etməsinlər, həmin ilin “Abituriyent 4” jurnalına da baxsınlar ki, filan balı formalaşdıran abituriyentlərin sayı neçə olub.
Bütün bunlar ciddi məsələlərdir.
Təəssüf ki, bu gün 4-cü ixtisas qrupu üzrə 500 və 600-dən yuxarı, 3-cü qrupda isə 500-dən yuxarı bal toplayan abituriyentlər tələbə adını qazanmayıb. Belə abituriyentlər elektron ərizədə yalnız 2-3 plan yeri yazıblar. Halbuki onların 15 plan yeri yazmaq imkanı var.
Ona görə də abituriyentlərə tövsiyə edirik ki, onlara yaradılmış bütün şəraitdən istifadə etsinlər, plan yerlərinin hamısını dəyərləndirsinlər. Yoxsa bu tipli səhvlər onların tələbə adını qazanmasına mane olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm