Ağsuda iki səhvi birdən etdilər
Şəymən Bayramova
09:19 26.08.2020
Elm və Təhsil
733
Açıq havada şagirdlərdən imtahan götürülməsi qanun pozuntusudur
Mövcud qanunvericiliyə görə, yay tapşırığı şagirddən qəbul edilir, qiymətləndirilmir
Ağsuda şagirdlər açıq havada imtahan veriblər. Ötən gün baş tutan imtahan Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə keçirilib. Sözügedən məktəbdən verilən məlumata görə, ötən gün məktəb üzrə yay tapşırığı almış şagirdlərin qiymətləndirilməsi prosesi təşkil edilib. İmtahan karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada təşkil olunub.
Təhsil eksperti Kamran Əsədov karantin müddətində şagirdlərin imtahana cəlb olunmasını qanun pozuntusu hesab edir. Bu barədə "Şərq"ə açıqlama verən ekspert deyib ki, qanunvericiliyə uyğun olaraq həmin imtahanın təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən pandemiya səbəbindən orta ümumtəhsil məktəblərində COVİD-19 pandemiyası ilə əlaqədar martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb.
Eyni zamanda buna bərabər tutulan digər fəaliyyət növləri də məhdudlaşdırılıb. Bu səbəbdən də orta məktəb şagirdlərinin DİM-dən kənar qurum və ya şəxslər tərəfindən imtahana cəlb edilməsi yolverilməzdir.
Ölkədə ancaq qəbul imtahanları keçirlə bilər ki, bu da yalnız Operativ Qərargaha ünvanlanan müraciət təsdiqləndikdən sonra DİM tərəfindən reallaşdırıla bilər. Fərqli formatda baş tutan digər imtahanlar mövcud karantin rejiminin kobud şəkildə pozulması deməkdir".
Ekspertin sözlərinə görə, ikinci qanun pozuntusu isə şagirdlərin yay tapşırığı üzrə qiymətləndirilməsidir. Mövcud qanunvericiliyə görə, yay tapşırığı şagirddən qəbul edilir, qiymətləndirilmir:
"Mart ayından tədris prosesində fasilə yarandığı üçün ümumilikdə şagirdlərin hansısa fənlər üzrə qiymətləndirilməsi doğru deyil. Yay tapşırığı şagirdlərin ikinci yarımildə əldə etdikləri biliyə uyğun verilir. Cari ildə isə məktəblilər ikinci yarım il üzrə təhsil proqramından kənarda qalıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya