
Azərbaycanda ali təhsil seqmenti xeyli geri qalır-SƏBƏB?
12:12 04.12.2023
Elm və Təhsil
814
Azərbaycanın turizm sektorunda çalışanların 80 %-dən çoxu bu sahədə təhsili vacib saymır.
Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmit Agentliyin və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçirdiyi İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə çərçivəsində baş tutmuş “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsili sahəsində ən yaxşı təcrübə“ mövzusunda panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu, turizm sənayesi nümayəndələri arasında keçirilmiş sorğu nəticəsində məlum olub.
"Respondentlərin təxminən 20 %-i bu sahədə təhsilin vacib olduğunu qeyd edib. Qalanları isə hesab edir ki, turizm sahəsində uğur qazanmaq üçün bilik, bacarıq, təcrübə və dil bilgisi önəmlidir", - deyə F.Zenqstşmit qeyd edib.
Azərbaycanda turizm ixtisasına olan ehtiyacla bağlı fikirlərini “Sherg.az” la bölüşən təhsil eksperti Elmin Nuri bildirib ki, hazırda Avropanın bir çox təhsil mütəxəssisləri gələcəkdə əskər ixtisasların tədrisdən tamamilə uzaqlaşacağını praqnozlaşdırıblar:
“Hətta bəzi ixtisaslar artıq tədbiq proqramından çıxarılıb. Amma bunların Azərbaycanla birbaşa olaraq əlaqəsi yoxdur. Çünki Azərbaycanda ali təhsil seqmenti çağdaş ali təhsil çağırışlarından xeyri geri qalır. Bu hal ölkədə fəlaiyyət göstərən əksər universitetlər üçün keçərlidir. Azərbaycan tədris ocaqlarında cəmiyyət üçün faydalılığını itirən, əmək bazarında yer tuta bilməyən ixtisaslar tədrisdən çıxarılmaq əvəzinə öz aktuallığını qoruyub saxlayır. Hətta həmin ixtisaslar üzrə qəbul yerlərinin sayı ildən-ilə artmaqda davam edir. Ümumiyyətlə dünyada hazırda təhsil sistemində bir neçə yanaşmalar mövcuddur. Bunlardan biri ali təhsilin insana lazım olub olmamasıdır. Digər tərəfdən 4-5 illik ali təhsilin verdiyi faydalılıq ikinci bir yanaşmadır. Belə ki, mobil tətbiq platformaları var ki 5-6 ay içərsində müxtəlif istiqamətlərlə bağlı tam bakalaviriant ali təhsil verə bilirlər. Artıq dünyanın ali təhsil yanaşmaları bu istiqamətdə gedir. Bizdə isə vəziyyət tam fərqlidir. Əksər universitetlərimizdə hələdə Sovet dövründən qalma ixtisaslar tədris olunur”.

Ekspert ötən il ali təhsil müəssisələri tərəfindən ikinci qrup üçün ən çox plan yeri ayrılan 3 ixtisasdan birinin Turizm işinin təşkil ixtisasının olduğunu vurğulayıb:
“Univerisitetlərlə paralel olaraq kolleclərdə də sözü gedən ixtisasa ayrılan plan yerlərinin sayı digər ixtisaslarla müqayisədə üstünlük təşkil edir. Təbii ki, bu doğru addımdır. Çünki Azərbaycanda turizm sektoru yeni-yeni inkişaf edir və universitetlər əmək bazarının tələbinə uyğun olaraq kadr yerləşdirməlidir. Turizm sektorunun inkişafa başladığı ölkədə bu istiqamətdə ixtisaslaşmış, savadlı kadrlara ehtiyac çoxdur. Dünyada isə bu tendensiya köhnəlib. Turizmin təşkili və peşəkar idarə olunması ümumi qaydaya çevrilib. Turizmi inkişaf etmiş ölkələrə nəzər yetirdikdə onlara bu ixtisas üzrə ali təhsil almış gənclərin ehtiyacının olmadığının şahidi oluruq. Əmək bazarlarında 2-3 aylıq kurs keçmiş şəxslərə daha çox təlabat var. Yəni bir sözlə Azərbaycanda turizm sahəsində mütləq şəkildə ali təhsilli, ixtisaslaşmış kadrlara ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm