BMU-da dünya şöhrətli azərbaycanlı alimlə görüş keçirilib
BMU-da dünya şöhrətli azərbaycanlı alimlə görüş keçirilib
Yusif Nəzərli
12:20 06.10.2023
Elm və Təhsil
1011
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış azərbaycanlı alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Bakı Mühəndislik Universitetinin (BMU) müəllim-tələbə heyəti ilə görüşüb.
Qonağı təqdim edən BMU-nun rektoru Yaqub Piriyev professor Abdulla Sofiyevlə uzun illərə söykənən elmi əməkdaşlıq və dostluq münasibətlərindən bəhs edib. Rektor Azərbaycan elminin dünyada tanıdılmasında böyük əməyi olan alimin Stenford Universitetinin apardığı araşdırma nəticəsində dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edildiyini, eyni zamanda Research.com akademik platformasının tərtib etdiyi Ən Yaxşı Alimlər reytinq siyahısında yer aldığını bildirib. Abdulla Sofiyevin 300-dən artıq fundamental elmi məqaləsinin nüfuzlu jurnallarında işıq üzü gördüyünü, “Scopus”, “Web of science” kimi platformalarda yer alan məqalə və nəşr sayının 150-dən çox, elmi məhsuldarlığın elmmetrik göstəricisi olan H-İndeksinin 43 olduğunu deyən Yaqub Piriyev professorun elm sahəsinə verdiyi digər töhfə və nailiyyətləri nəzərə çatdırıb.
Sonra Abdulla Sofiyev onu böyük elmə aparan yolun başlanğıcı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. Elmi fəaliyyətinin ən məhsuldar dövrünün məhz 2002-2014-cü illərə təsadüf etdiyini deyən alim bu dövrdə dünyanın ən nüfuzlu jurnallarında elmi məqalələrinin cap olunduğunu, elmi araşdırmalarının nəticələrinə görə çoxsaylı mükafatlara layiq görüldüyünü və s. qeyd edib. Hazırkı fəaliyyətindən də söz açan professor fundamental araşdırmaları davam etdirdiyini, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlar çərçivəsində bu araşdırmaların rolu, eyni zamanda sözügedən texnoloji inqilabın qlobal iqtisadiyyata təsiri ilə bağlı fikirlərini paylaşıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfərə də toxunan soydaşımız məhz bu dövrdə fəaliyyətini müvəqqəti dayandıraraq, alim kimi mövqeyini ortaya qoyduğunu, yerli və xarici mətbuatda məqalələrlə çıxış etdiyini bildirib.
Daha sonra “Funksional dərəcəli materiallar” (FGM) mövzusunda məruzə ilə çıxış edən Abdulla Sofiyev FGM-nin mexaniki termal davranışlarında tədqiqatlar, yeni nanokompozitlərin əldə olunması ilə bağlı nəticələr və s. haqda geniş məlumat verib.
Alim çıxışını bugünkü mövqedə qərarlaşmasında böyük xidmətləri olmuş valideyn və müəllimlərini minnətdarlıqla xatırlamaqla bitirib.
Qonağa maraqlı təqdimat və zəngin elmi araşdırmalara söykənən məruzə üçün kollektiv adından təşəkkür edən Yaqub Piriyev ölkəmizdə elm sahəsinə, bu sahədə çalışanlara verilən böyük dəyərdən danışıb. Eyni zamanda, rektor BMU-da elmi-tədqiqat fəaliyyətinin daha da gücləndiriməsinə yönələn hədəflər və tədbirləri diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya