
“Direktorların pul yığmasına imkan vermək olmaz”
Yusif Nəzərli
14:20 20.12.2022
Elm və Təhsil
846
Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Bu barədə İdarədən cavab olaraq bildirilib. “Araşdırma zamanı məlum olub ki, 8 F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər. Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, - deyə BŞTİ-dən bildirilib.

Bununla bağlı "Sherg .az" a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyi Azərbaycanda məktəblərdə olan nəzarəti tamamilə itirib. Ekspertin sözlərinə görə, geridə buraxılan son 2 ilə nəzər yetirdikdə məktəblərdə olan nəzarətin, qayda - qanunun düzgün formada olmadığı görünür:
“Ölkədə 4432 orta təhsil məktəbi fəaliyyətdədir və 1.6 milyon şagird təhsil alır. Hazırda məktəblərdə elə bir hal yaranıb ki, direktorun ad günü münasibətilə pul yığılır. Məktəblərə olan yanaşma biznes hesabı kimidir.
Bəzən görünür ki, məktəblərdə olan ələmətdar günlər, təmizlik və təmir üçün yığılan pulun arxasında Elm və Təhsil Nazirliyinin özü durur. Onlar bu məsələlərə şərait yaradır.
Yalnız sosial şəbəkələrdə mövzü müzakirələrə səbəb olduqda buna qarşı mübarizə aparılır. Xoşagəlməz davranışlara yol verən məktəb direktorları Elm və Təhsil nazirliyinə arxayın olaraq məktəblərdə əksər çirkin əməli həyata keçirirlər.
Təhsil işçilərinin etik davranış qaydalarına görə direktorların heç bir məqsəd üçün pul yığmasına imkan vermək olmaz. Bu qanunvericiliyə də ziddir. Dövlət büdcəsi məktəbləri tam olaraq təmin edir".
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə