Ekspert nazirlə razılaşır: gələcəkdə ehtiyac duyulacaq ixtisaslar sadalandı




"Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı şəkildə dəyişdirilməlidir".
Bu fikri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: "Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir”. 
Nazir qeyd edib ki, bu dəyişikliklərin olması da labüddür: “Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir”.

Azərbaycan təhsilinin yönəlməli olduğu istiqamətlərdən danışan təhsil eksperti Kamran Əsədov  “Sherg.az”a bildirib ki, 2021-ci ildə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamətdə yeni ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir: 
“İlk növbədə qeyd edim ki, pandemiya dövrü əmək bazarında ehtiyac olan yeni ixtisasları tələb etdi. Pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün kompüter və oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2021-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. “Becker College” qonşusu “Worcester Polytechnic Institute” ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə “DePaul University”,” Michigan State University” və “Rochester Institute of Technology”dir”.
Ekspert ekoloji sahələrin də gələcək üçün önəmini sadalayıb və bunun dünya təcrübəsindəki yerini göstərib:
 “Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar geniş yayılır. Məsələn, “University of Wisconsin-Madison”dakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir. Yüksək təhsildə Davamlılığın İnkişaf etdirilməsi Dərnəyinə görə ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində 35-ə qədər ABŞ universiteti bakalavr dərəcəsi təklif edir”.
Ekspert hesab edir ki, pandemiya dövrü Səhiyyə informasiyası və ya İnformasiya rəhbərliyi ixtisasına zəruri tələbatın olduğunu göstərib:
“Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu böyük bir ehtiyacdır. Səhiyyə İnformasiyası və İnformasiya Təhsili Akkreditasiya Komissiyasına görə “University of Washington”, “Temple University”, “University of Illinois-Chicago” və “Weber State University” də daxil hazırda 54 akkreditasiyalı bakalavr təhsili proqramı var. Amerikan Tibb İnformasiya Dərnəyi önümüzdəki 5 ilə 7 il içində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağını nəzərdə tutmaqdadır”.
K.Əsədov vurğulayıb ki, bu dövrdə, həmçinin, İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbat zəruridir:
“ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Dickie Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir.
Milli Təhlükəsizlik Təşkilatı Daxili Təhlükəsizlik hissəsiylə birlikdə İnformasiya təhlükəsizliyinə Akademik Mükəmməliyyət Milli Mərkəzlərini dəstəkləyərək bu mərkəz vasitəsilə tələbələrə ölkənin informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrətmək üçün lazımlı standartları qarşılayan məktəbləri müəyyənləşdirir. “Mississippi State University”, “University of Tulsa”, “Dartmouth College və Carnegie Mellon University” bakalavr proqramı təqdim edən 166 təşkilatın arasında iştirak edən müvəffəqiyyət  mərkəzləridir.
Informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir”.
Ekspert diqqətə çatdırıb ki, gələcəkdə ehtiyac duyulacaq ixtisaslarından biri də Nanotexnologiyadır: 
“Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir. Nanotexnologiya əsaslı dərmanlar toksik dərmanları birbaşa şişlərə göndərməyi vəd etməkdə və bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf təmizliyində əsas rol oynaya biləcək mövqedədir.
Bu sektorun 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq bir böyüməyə çatması və 2021-ci ilə qədər də 2 milyon insana məşğulluq təmin etməsi gözlənilir. “University at Albany-SUNY” ölkənin ilk nanotexnologiya magistratura proqramını 2004-cü ildə başlatmış və 2010-ci ildə isə iki bakalavr dərəcəsi açıb”.

Çimnaz Şahlar