Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir

Yaponiya Rusiya ilə münasibətləri daha da pisləşdirə biləcək ehtiyatsız hərəkətlərə davam edir.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata müsahibəsində bildirib.

Xatırladaq ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfəri də daxil olmaqla bir neçə məsələyə etirazını ifadə edib.