
Ekspert: Süni intellektin təhsilə tətbiqi müsbət addım olar
13:15 15.12.2023
Elm və Təhsil
854
"Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün ilk növbədə 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə həmin qurultayda çıxışı zamanı söyləyib. O bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur:
"Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır. Daha bir vacib hədəfimiz - rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur.
Nəhayət sonda DİM öz fəaliyyətində süni intellektin tətbiqinə başlayır ki, bu da hədəflərimizə çatmağa, nəticə etibarı ilə vətəndaş məmnunluğunu artırmağa imkan verəcək”.
Məleykə Abbaszadənin açıqlamalarını “Sherg.az” üçün şərh edən təhsil eksperti Elçin Əfəndi söyləyib ki, süni intellektin təhsilə tətbiqi müsbət addım olar:

“Bu addımın atılması müvafiq olaraq ümumi qiymətləndirmədə, müəyyən işlərin daha çevik formada həyata keçirilməsində istifadə oluna bilər. Nəticədə sualların yoxlanılmasında həmçinin vətəndaşların müraciətinin cavablandırılması kimi məsələlərdə proseslər sürətlənmiş olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm