Əməkhaqqı 830 manat oldu - Müəllimliyə maraq artır
Əməkhaqqı 830 manat oldu - Müəllimliyə maraq artır
Yusif Nəzərli
10:53 07.09.2023
Elm və Təhsil
820
Ölkədə fəaliyyət göstərən müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayı üçün bu vəsait 830 manat təşkil edib: “Təbii ki, hər il sertifikatlaşdırma imtahanları keçirilir və müəllimlərin əməkhaqlarına əlavələr olunacaq”.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında müəllimlərin orta aylıq əməkhaqqı 790 manat olub.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlik peşəsinə maraq hər keçən gün daha da artır. Buna bir neçə amil təsir göstərir:
“Dövlət tərəfindən müəllimlik ixtisasına 500 baldan yüksək balla qəbul olan tələbələrə aylıq əlavə təqaüdlərin verilməsi, həmçinin işə qəbul prosesinin şəffaflaşdırılması müəllimlik peşəsinə marağın artmasına səbəb olub. Biz hətta görürük ki, Dövlət Qulluğuna qəbulla müqayisədə Müəllimlərin İşə Qəbul üçün imtahan verənlərin sayı sürətli şəkildə artmaqda davam edir. Son iki ildə müəllim olmaq üçün imtahanda iştirak edənlərin sayı 60000 nəfərdən çoxdur. Bu rəqəmlər çox ciddi rəqəmlərdir. Müəllimlik peşəsinin orta əməkhaqqısı artaraq 1000 manata yaxınlaşıb. Bu gün 1500-1600-dən çox əməkhaqqı alan müəllimlərimiz var. Bu peşə hazırda əməkhaqqı baxımından digər peşələrdən heç də geri qalmır. Gələcəkdə prosedurların da təkmilləşməsi bu peşəni seçənlərin daha da artmasına müsbət təsir göstərəcək. Təkcə sertifikasiyadan keçməyən 740-dan çox müəllim var idi. Onların yerini daha savadlı gənclər alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region