ETİRAZ: “Nizami Gəncəvi adına kitabxanaya biganəlik...”
Şəymən Bayramova
13:54 12.03.2020
Elm və Təhsil
846
Nəriman Əbdürrəhmanlı: “Bu məsələ ölkə ictimaiyyəti tərəfindən gündəmdə saxlanılmalı və tez zamanda öz həllini tapmalıdır”
“O cür oxucu potensialı olan bir şəhərdə kitabxana binasının uçub- dağılması yolverilməzdir”
Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana acınacaqlı vəziyyətdədir. Baxımsız qalan kitabxana binasının vəziyyəti ürəkaçan deyil. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar kitabxananın vəziyyəti ilə maraqlanmır. Qeyd edək ki, problem Gəncə şəhəri ilə məhdudlaşmır. Bölgələrdəki kitabxanaların hamısında vəziyyət eynidir.
Halbuki Prezident İlham Əliyevin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında ötən il imzaladığı fərmanda əks olunan maddələrdən biri də kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması idi. Görünür, hələlik bu istiqamətdə real addımlar atılmır.
Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı məsələ ilə bağlı "Sherg.az" açıqlamasında deyib ki, Nizami Gəncəvi adına kitabxanaya qarşı bu cür biganəlik xoşagəlməz haldır:
"Hesab edirəm ki, Mədəniyyət Nazirliyinin rəsmiləri bu problemlə bağlı açıqlama verməlidir. Belə bir faktın olması aidiyyəti qurumun laqeydliyindən xəbər verir. Xalqın mədəniyyətinin böyük bir hissəsi kitabxanalarda toplanır. Kitabxanalara qarşı biganəlik xalqın mədəniyyətinə, ədəbiyyatına qarşı hörmətsizlik deməkdir. Bu məsələ ölkə ictimaiyyəti tərəfindən gündəmdə saxlanılmalı və tez zamanda öz həllini tapmalıdır. Gəncə Azərbaycanın böyük və qədim şəhərlərindən biridir. O cür oxucu potensialı olan bir şəhərdə kitabxana binasının uçub- dağılması yolverilməzdir. Onsuz da əhalinin çox az təbəqəsinin kitab almağa maddi gücü çatır. Heç olmasa, kitabxalarımızın vəziyyəti yaxşı olsun ki, mütaliə marağı olan insanlarımız oxumaq üçün kitabxanalara üz tutsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya