“Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma zamanı məktəb distant formaya keçəcək”.
Əyani tədris məcburi deyil
Məlahət Rzayeva
08:33 28.01.2021
Elm və Təhsil
755
Valideyn ehtiyat edirsə, uşağını məktəbə göndərməyə bilər
Bir neçə gündən sonra orta məktəblərdə əyani tədris mərhələli şəkildə bərpa olunacaq. İlkin mərhələdə ibtidai siniflər əyani tədrisə başlayacaqlar. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qərar verib. Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək. Onun sözlərinə görə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılıdır:
“Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma zamanı məktəb distant formaya keçəcək”.
Siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqayıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq.
Bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər.
V.Yaqublu qeyd edib ki, məktəblərdə qaydalara əməledilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq.
Uşaqların əyani dərslərdə iştirakının təşkili nədən asılı olacaq? Uşaqlar buna necə hazırlanmalıdır? Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında əyani dərslərə başlamanın qaçılmaz olduğunu, lakin yoluxma riskinin minimuma endirilməsi üçün bütün lazımi tədbirlərin icrasının zəruriliyini diqqətə çatdırdı:
- Çalışmalıyıq ki, yoluxma sayı artmasın. Əyani tədris məcburi deyil. Valideyn övladını məktəbə göndərməkdən ehtiyat edirsə, göndərməyə bilər. Hər uşaq bir evdən gəlir və heç kim bilmir ki, o evdə hansı vəziyyətdir. Yoluxma faktı olubmu, varmı. Koronavirus pandemiyası dünyanın başını qatdı, uşaqların digər infeksion xəstəliklərə qarşı məcburi peyvəndlənməsi arxa plana keçdi.
Məxmərək, qızılca, su çiçəyi, göy öskürək kimi infeksion xəstəliklərə qarşı peyvəndləmə vacibdir, çünki adıçəkilən infeksiyalar ayrı-ayrı xəstəliklər yaradır. Bu saat su çiçəyinə yoluxmuş uşaqlar var. Amma valideynlərdən hazırkı dönəmdə peyvəndləməni tələb etmək də olmur.
Bu hal, gələcək üçün ağır fəsadlar yaradacaq. Uşaq kollektivə gedirsə, əlində mütləq arayış olmalıdır, peyvəndləmə ilə bağlı. Çünki kollektivdə epidemiyaya səbəb ola bilər. Pnevmokokk bildiyimiz pnevmaniya və meningit kimi kəskin infeksion xəstəlik yaradan bakteriyadır. Ona qarşı peyvənd aparılmalıdır. Eləcə də adıçəkilən digər infeksiyalara qarşı. Peyvənd qorxulu xəstəliklərdən qorunmaq üçündür. Bu peyvəndlərin edilməsi uşaqlarda infeksion xəstəliklərə qarşı immunitetin yaranması və kollektivdə yoluxmaya səbəb olmamaq üçün vacibdir.
V.Qarayev uşaqların dərs və tənəffüs zamanı tibbi maskalardan istifadə edib-etməməsi məsələsində hələ də qəti rəylərin olmadığını bildirdi:
- Problem bundadır ki, pandemiya başlayandan tibbi maskalarla bağlı bir-birini təkzib edən fikirlər səsləndi. Uşaqlar dərs zamanı tibbi maskadan istifadə etsinmi, etməsinmi, bu suala belə cavab verə bilərəm ki, tibbi maskalardan istifadə uşaqlar üçün arzuolunmazdı. Uşaq böyüyən bir orqanizmdi, daim hərəkətdədir, atlanıb-düşəcək, qaçacaq...
Uşaq tibbi maska taxacaqsa, əlbəttə, beyinə lazımi miqdarda oksigen ötürülməsində çətinlik yaranacaq. Sosial məsafə necə qorunacaq? Nə qədər deyilsə də, tələb qoyulsa da, təkcə bir sinifdə 40-45 şagird varsa, onları nəzarətdə saxlaya bilmək absurddur.
Uşaqları 10-15 nəfərlik siniflərə bölmək də mümkün olmayacaq, çünki bu qədər sinif yoxdur. Bütün bunları nəzərə alanda, inanmıram ki, nəzarət və qaydalara riayət etmək alınsın. Amma nə edək?
Tibbi baxımdan uşaq üçün məktəb vacibdir, uşaq kollektivdə olmalıdır. Onsuz da neçə aydır evdədirlər, psixoloji gərginlik içindədirlər. Uşaqlar məktəbə getməlidir, bu məlumdur. Amma necə, maskalı, maskasız, bunu deyə bilmirəm. Uşaqlar yoluxmur, bunu qəbul etdik, ancaq uşaq daşıyıcı ola bilər və valideynini yoluxdurar.
Bu da var. Yenə də müəllimlər, məktəb kollektivi uşaqların sıx toplaşmasının, valideynlərin məktəb giirşlərində sıxlıq yaratmasının qarşısını alsınlar. Müəllimlər nəzarət etsinlər ki, şagirdlər əllərini tez-tez dezinfeksiya etsin, tənəffüsdə əllərini yusunlar. Şagirdlər mümkün qədər biri-birindən aralı əyləşsin.
Bir-birinin əşyalarından istifadə etməsinlər. Bunun üçün məktəblərdə şərait olmalıdır, məktəb vacib ləvazimatlarla, yuyucu maddələrlə, dezinfeksiyaedici məhlullarla təmin edilməlidir. Nəzarət güclü aparılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm