İkinci aydır dərslər başlayıb, şagirdlərə dərslik verilməyib
Yusif Nəzərli
07:54 04.10.2022
Elm və Təhsil
595
Nə vaxta qədər uşaqlar telefondan dərs oxumalıdır
Yeni tədris ilinin ikinci ayı başladı, amma ümumtəhsil məktəbləri dərsliklərlə təmin edilməyib. Valideynlər narazılıq edir, bəzi orta məktəblərdə, məsələn, VII siniflərə “Riyaziyyat”, “İngilis dili”, III siniflərə “Ana dili” dərsliklərinin hələ də verilmədiyindən, digər siniflərdə də “Həyat bilgisi”, “Azərbaycan dili”, “Tarix” kimi əsas fənlərin dərsliklərinin verilmədiyindən şikayətlənirlər.
Valideynlər soruşur ki, “nə vaxta qədər uşaqlar telefondan dərs oxumalıdır, ya da PDF variantından? Valideynlər verilməyən dərslikləri PDF variantında çap etdirir, uşaqlar da tapşırıqları bu yolla həll edir, növbəti dərsə hazırlaşırlar. Nəinki dərsliklər, müəllim üçün metodik vəsaitin, hətta sinif jurnalının yoxluğundan şikayətlənənlər də var.
Təhsil eksperti Kamran Əsədov da yaranmış vəziyyətdən təəssüfləndiyini bildirib:
- Artıq oktyabrdır, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap etdirir, imkanı olmayanlar isə bundan məhrumdurlar.
K.Əsədov Elm və Təhsil Nazirliyini qınayıb:
- İşləyə bilmirsiniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi! Tam heyətiniz ilə ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı