İmtahana koronavirusdan suallar salına bilməz: Təhsil eksperti Məleykə Abbaszadə ilə razılaşmır
Banuçiçək Kalbalıyeva
15:35 21.04.2020
Elm və Təhsil
1401
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, bu il lV ixtisas qrupu üzrə təşkil olunacaq imtahanlara koronavirusla bağlı suallar da salınacaq.
Düzdür, həmin ixtisas qrupuna sənəd verənlər biologiya və kimyanı yaxşı bilməlidirlər. Amma bu, o demək deyil ki, alimlərin də aciz qaldığı xəstəlik barədə şagirdlər məlumatlı olmalıdırlar. Qərar nə qədər ədalətlidir?
Məleykə Abbaszadənin fikrini "Sherg.az"a qiymətləndirən təhsil eksperti Kamran Əsədov bunun düzgün olmadığını dedi:
"Bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslikləri əhatə etməlidir. Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz. Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu, bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz".
K. Əsədov, həmçinin bildirib ki, ancaq 10- cu siniflərin Biologiya dərsliyində olan mövzulardan imtahana sual salına bilər:
"Kitabın üçüncü bölməsi epidemiologiya haqqındadır. Bu bölmə 9 paraqrafdan, 26 səhifədən ibarət olub, müxtəlif virus və bakteriyalardan bəhs edir. Qəbul imtahanlarında məhz bu materiallardan istifadə olunmalıdır. Bəli, imtahanda viruslarla bağlı suallardan istifadə etmək olar. Lakin kitabda olanlarla kifayətlənmək şərti ilə. Hələlik isə Biologiya dərsliklərində koronavirusla bağlı bir məlumat yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm