Kasıb ailələrdə əsəblər tarıma çəkilib
Məlahət Rzayeva
03:31 02.02.2021
Elm və Təhsil
803
Tələbdir, imtahan verən tələbələrin mütləq kompüteri və ya noutbuku olmalıdır
Semestr imtahanlarında mobil telefon vasitəsilə iştiraka icazə verilməməsi tələbələr üçün əlavə çətinlik yaradıb. Ali məktəblərin tələbə qarşısında tələbi budur ki, imtahanlara mütləq qaydada ya kompüter, ya da noutbukla qoşulmalıdırlar. Belə xəbərləri eşidəndə belə təəssürat yaranır ki, Təhsil Nazirliyi, ya da ali təhsil müəssisələri bütün tələbələri noutbukla, kompüterlə təmin edib, indi də verdiyinin əvəzini tələb edir. Halbuki, kompüteri, noutbuku olmayan, bəlkə hətta mobil telefona da möhtac tələbələr var.
Görəsən, niyə ali qurumlar belə zənn edir ki, bütün tələbələrin noutbuku, kompüteri var? İnternet əsri bütün vətəndaşlara həm də sosial təminatda eynilik dərəcəsi verirmi görəsən?! Nə isə... Gələk imtahanlara qoşulmada mobil telefonlara qadağa məsələsinə. Tutalım, bir ailədə iki gənc ali məktəb tələbəsidirsə və taleyin ironiyası deyək, ikisinin də imtahanı eyni günə, hətta “bədbəxtlikdən” eyni saata təsadüf edirsə və evdə də cəmi (!) bir noutbuk varsa, bu tələbələr imtahana necə qoşulacaqlar?
Gözləməlidirlər, hansısa birinci imtahanı versin, bitirsin, sonra digəri qoşulsun. Amma müəllim də irad tuta, hətta imtahana qoşulmaq üçün növbəsini gözləyən tələbəyə “kəsir” qeydə ala bilər. Ya da valideyn məcburdur, qonşuların qapısını döyüb borca kompüter, noutbuk istəsin. Niyə mobil telefonla imtahanlar qəbul edilmir? Bir halda ki, onlayn tədrisdir, üstəlik də pandemiyadır, o cümlədən hər kəsin maddi-sosial imkanları eyni deyil, o zaman tələbələrə güzəşt edilməlidir. Kompüteri, noutbuku, hətta mobil telefonu olmayan tələbə üçün imtahanlar əyani formada təşkil edilməlidir. Ali məktəblər istisna halları nəzərə almalıdır. İmtahanlar üçün də (guya ki, dərslər üçün yaman edilib – red. ) əlçatanlıq təmin edilməlidir. Bunun üçünsə ali təhsil müəssisələrinin hələ imtahanlar başlamamış konkret proqramı, cədvəli olmalıydı.
Təhsil eksperti Rafiq İsmayılov “Şərq”ə açıqlamasında imtahanlara hansı avadanlıqla qoşulmanın imtahanın xarakterindən asılı olduğunu bildirdi:
- Yəqin ki, semestr imtahanlarında iştiraka kompüter və ya noutbukla icazə verilməsi imtahanların xarakterinə görə müəyyən edilir. Elə fəndən imtahan ola bilər ki, mobil telefonun imkanları ilə iştirak qüsurlu alınar. Bəlkə tələbə nəsə yazmalı, nəsə nümayiş etdirməlidir, amma mobil telefonun xüsusiyyətləri buna imkan vermir. Mobil telefonlarda, smartfonlarda kompüterlərin bəzi imkanları toplanıb, lakin hamısı deyil. Mobil telefonların imkanları kompüter qədər geniş olmur. Ola bilsin, buna görə, tələbələr qarşısına belə bir tələb qoyulub. Məsələn, orta məktəb şagirdləri smatfonla da dərslərə qoşulur, orta məktəblərdə qiymətləndirmə də onun vasitəsilə aparıldı. Amma ali məktəblərdə semestr imtahanları görünür, daha geniş ölçülüdür və bunun üçün də noutbuk, kompüter tələb olunur. Qaldı ki, tələbələrin kompüterə, noutbuka malik olmalarına, bu, artıq sosial məsələdir. Tələbənin noutbuku olmalıdır, deyə bilərəm. 21-ci əsrdə noutbuksuz tələbə heyrətli görünə bilər. Lakin bilirik ki, elə ailələr var, maddi imkansızdılar. Hər bir valideyn ali məktəbə daxil olmuş övladını kompüterlə təmin etməyə çalışır və edir də. Lakin yenə də sırf maddi imkansızlıq üzündən buna nail olmayanlar da var. Pandemiya dövründə onlayn tədrisə keçildi və məlum oldu ki, biz buna hazır deyilik. İnternetin verilişindəki çatışmazlıqlar, dayanmalar, sürət azlığı, texniki avadanlıqların yetərli olmaması, orta və ali məktəblərin kompüterləşməyə hazır olmaması, bütün bu nöqsanlar üzə çıxdı. Onlayn tədrisə keçilmişdisə, imtahanlar üçün də xüsusi proqramlar hazırlanmalıydı. Müəllim-tələbə təması sıfırlanmalıydı.
Biz gözləmədiyimiz halda tamam fərqli bir mühitə düşdük və hazırlıqsızlıq da özünü göstərdi. Bəlkə bu ümumilikdə bizim təhsilimiz üçün bir keçid mərhələsi, bir imtahan olar, nəticəsi nə olursa, olsun, sonrakı mərhələyə daha yaxşı hazırlaşarıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
12:25 17.03.2026
Gündəm
Bakıda daha bir dünya çempionatı keçiriləcək
11:58 17.03.2026
İdman