
Keyfiyyətli təhsilə gedən yol savadlı müəllimdən keçir...
Yusif Nəzərli
14:14 11.09.2023
Elm və Təhsil
1391
Sertifikatlaşdırma göstərdi ki, təhsil sistemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.
Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
Təhsilin yüksək səviyyədə olması üçün hansı tədbirlər görülməlidir?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov "Sherg.az"aaçıqlamasında qeyd edib ki, cənab nazirin dedikləri konkret arqumentlər əsasında gəldiyi qənaətdir:
“Əgər sertifikasiya imtahanı zamanı bir müəllim 0-30 arası bal yığıb, elementar suallara cavab verə bilmirsə, bu, o deməkdir ki, həmin müəllimlərin biliyi kafi ilə belə qiymətləndirilə bilməz. Təhsilin keyfiyyətinin artırılması hər birimizi düşündürən məsələdir. Keyfiyyətli təhsilə gedən yol savadlı müəllimdən keçir. Bakı şəhər müəllimlərinin sentyabr ayında keçirilən konfrası zamanı nazir bu məsələyə toxunub. İşindən uzaqlaşdırılmış müəllimlərin yeri peşəkar müəllimlərlə dolacaq. Sertifikasiya prosesinin dərinləşməsini təmin etdikdən bir neçə il sonra uğurlu nəticələr əldə edəcəyik. Proqramın məzmunu ilə bağlı müzakirələr gedir. Dərsliklərin, proqram məzmunlarının yenilənməsi üzərində düşünməliyik. Köhnəlmiş, ənənəvi, standart mövzulu dərsliklər tədricən ləğv olunur. Şagirdlərin dərsdənkənar qabiliyyətlərinin üzə çıxması üçün müəyyən məşğələlər keçirilməlidir. Bu məsələyə diqqət yetirməsək, keyfiyyətli təhsildən söz aça bilmərik. Mühüm faktorları nəzərə almaq Elm və Təhsil Nazirliyinin öhdəliyindədir”.

Ekspert qeyd edib ki, keyfiyyətli təhsilin ən önəmli hissəsi ibtidai təhsildir:
“Savadlı müəllimləri orta məktəblərə cəlb edə bilməsək, yaxşı nəticələr əldə edə bilmərik. Ölkəmizdəki ibtidai sinif müəllimləri kollec bitirmiş şəxslərdir. Məsələn, Finlandiyada ibtidai sinif müəllimlərinin magistratura dərəcələri var. Biz ibtidai siniflərdə keyfiyyətli dərs tədris edə bilməsək, yuxarı siniflərdə çətinlik çəkərik. Biz artıq bu çətinliyi hiss etməyə başlamışıq. Belə işlərin görülməsi məhz məktəbəqədər təhsildən başlanmalıdır. Hesab edirəm ki, bu istiqamətdə müsbət düşüncələr formalaşıb. Bu layihələrin ardıcıl görülməsində və reallaşdırılmasında nazirlik prosesləri başladıb. Hər şey bu cür davam etsə, gələcəkdə keyfiyyətli təhsildən söz aça bilərik”.
Səbinə Elmanqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region