Komitə sədri: “Onlayn təhsil davam etməlidir” - Tələsməyək!
Fidan Həmişəyeva
11:40 31.08.2021
Elm və Təhsil
606
“Nəzərə alsaq ki, payız mövsümündə virus və bakterioloji, yuxarı tənəffüs yolları xəstəlikləri koronavirusla bağlı durumu daha da çətinləşdirə bilər”
“Vaksinasiya “Delta” ştammından qorumur, yalnız xəstəliyi yüngül keçirməyə şərait yaradır”
“Məktəb və universitetlər açılacağı təqdirdə kütləvi yoluxma halları baş verərsə, bütün bunlar çox ciddi müzakirə ediləsi məsələdir”
Ölkəmizin təhsil cameəsi orta və ali məktəblərdə təhsilin bərpasını müzakirə edir. Son günlər isə Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında kəskin artımlar müşahidə edilir. “Delta” ştammı sürətlə yayılır, azyaşlı uşaqlar belə virusa yoluxurlar.
Qeyd edək ki, qarşıdakı aylarda payız mövsümü gəlir. Bu fəsildə isə koronavirus və digər viruslar daha da aktiv fazaya keçir, daha sürətlə yayılır və virusların öldürücülük qabiliyyəti daha da artır. Maraqlıdır, belə olan halda Azərbaycanda ənənəvi təhsilin bərpası məqsədəuyğundurmu?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə təhsilin ənənəvi formada bərpasına dair vəziyyəti Operativ Qərargah qiymətləndirəcək:
“Lakin düşünürəm ki, yanvar ayına qədər orta məktəblərdə, hətta universitetlərdə təhsili bərpa etməyə tələsməyək. Mövcud situasiyanı izləməliyik. Artıq şagird və tələbələrimiz bir il yarımdır ki, onlayn formada təhsil alırlar. Hesab edirəm ki, bu da çox düzgün bir qərardır. Belə olduqda yoluxma sayı xeyli dərəcədə aşağı düşmüşdü. Nəzərə alsaq ki, geniş yayılan “Delta” ştammına uşaqlar və yeniyetmələr də sürətlə yoluxurlar. Uşaqlar arasında isə vaksinasiya tətbiq olunmur, çünki peyvənd 18 yaşdan yuxarı şəxslərə vurulur. Ancaq vaksinasiya “Delta” ştammından qorumur, yalnız xəstəliyi yüngül keçirməyə şərait yaradır. Məktəb və universitetlər açılacağı təqdirdə kütləvi yoluxma halları baş verərsə, bütün bunlar çox ciddi müzakirə ediləsi məsələdir. Ona görə də yanvara qədər tələsməməyin tərəfdarıyam, o zamana qədər onlayn təhsil davam etməlidir. Yanvardan sonrakı vəziyyəti dəyərləndirib, yeni qərar vermək olar. Bəlkə, “Delta” ştammı bir-iki aya bitəcək. Ölkəmizdə vaksinasiya faiz də yüksək deyil. Hər iki dozanı vurduranlar heç 30 faiz olmayıb. Nəzərə alsaq ki, payız mövsümündə virus və bakterioloji, yuxarı tənəffüs yolları xəstəlikləri koronavirusla bağlı durumu daha da çətinləşdirə bilər. Dərslər əyani olaraq başlayanda tələbələrdən kimsə yoluxarkən dərslərə ara verməlidir. Bu da həmin tələbələrin davamiyyətinə və verəcəkləri imtahana təsir edəcək. Ona görə də bütün məqamlar ölçülüb-biçilməlidir”.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə pandemiya yeni başalayan zaman cənab Prezident bütün dünyaya bəyan etdi ki, mənim üçün insanların sağlamlığı hər şeydən önəmlidir:
“Ölkə başçısının irəli sürdüyü bu şüarı əlimizdə bayraq edərək insan sağlamlığını ön plana çəkməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm