Məktəblərdə gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris olunacaq
Yusif Nəzərli
07:33 21.12.2023
Elm və Təhsil
801
Azərbaycan məktəblərində gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris olunacaq.
Bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin - Mülki Prosessual, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.
Müzakirəyə təqdim olunan qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.
O, diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutub.
Qanun layihəsi ilə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və komitə üzvləri Kamilə Əliyeva, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Anar İsgəndərov dəyişikliklərin əhəmiyyətini və aktuallığını qeyd ediblər. Deputatlar təhsil sahəsi ilə bağlı bəzi qeydlərini də səsləndiriblər.
Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm