Məktəblərdə vakansiya ola-ola insanları incidirlər
Yusif Nəzərli
22:28 29.11.2022
Elm və Təhsil
812
Razi Nurullayev Elm və Təhsil Nazirliyini əsaslı tənqid edir
Millət vəkili Razi Nurullayev Parlamentin dünənki iclasında Elm və Təhsil Nazirliyini sərt tənqid edib. Deputat bildirib ki, bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməyib. Gözləyib ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar: "Çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur.
Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur. Niyə həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrəbama görə xahiş etmirəm ki. İmişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz?
Haqqı deyim ki, nazirlikdə nazir ilə danışmaq problemi yoxdur. Amma neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəyəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası? Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olmur, əksinə, daha çətinə düşür.
Düzdür, il yarım öncə hörmətli nazirdən bir dəfə bir kimsəsiz gənc xanımla bağlı xahiş etmişəm və onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Xahiş etdiklərim, əsasən təhsili olan kimsəsiz gənc xanımlardır. Çünki ya onların həyatını iş verməklə xilas edəcəksən, ya da onlar zalım dünyanın burulğanına düşüb məhv olacaqlar. Axı vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar?”.
R.Nurullayev əlavə edib ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilir:
“Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Bir də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, hörmətli Mehriban Vəliyeva ilə danışmaq və haqlı məsələləri həll etmək olur. Hər ikisinə təşəkkür edirəm. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm, çox. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar.
Bəs bu qədər özünəgüvən, saymamazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.
Sədr Sahibə Qafarova isə bildirib ki, nazir Emin Əmrullayev çox açıq adamdır:
“Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi haqqında belə danışmaq düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya