"Onu oxut" aksiyası çox maraqlı aksiyadır - Piyarı aparılmalıdır
13:05 11.09.2023
Elm və Təhsil
1114
"Prosesin şəffaflığı üçün ümumi olaraq qəbul edilən ianələr, yardım edilən tələbələr ictimaiyyətə açiqlansa, hesab edirəm, uğurlu olar. İctimaiyyət prosesin necə getdiyini bilməlidir"
Qırmızı Ürəklər Fondu növbəti "Onu oxut" aksiyasına start verib. Fond "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı" çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanan məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd verəcək. Fondun bununla bağlı məlumatında qeyd edilr ki, 2023/2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq ali məktəbə daxil olan tələbələr həssas insanların ianələri ilə daha rahat təhsil imkanına sahib olacaqlar.
Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 20-dən çox tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib. Aksiyaya qoşulmaq və gənclərin parlaq gələcəyinə işıq tutmaq üçün ianələri Fondun veb-saytı, eləcə də Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək mümkündür. Ötən tədris ilində "Onu oxut" aksiyasından dəstək istəyən 26 tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib. Aksiya çərçivəsində xeyirxah insanların ianəsi ilə 43 590 AZN toplanıb. Layihəyə 16 donor qoşulub. Onların dəstəyi ilə 21 990 AZN olamaqla 11 tələbənin təhsil haqqı ödənilib, 15 tələbəyə isə 10 ay müddətində 21 600 AZN məbləğində təqaüd verilib. Fond xeyirxah insanları aksiyaya ianə etməyə çağırır.
Fondun aksiyası barədə fikirlərini “Sherg.az”la bölüşən təhsil eksperti Elşən Ramizoğlu bunu çox maraqlı aksiya adlandırdı:
- Hesab edirəm ki, çox gözəl layihədir, ideya sahibinə və layihənin üzvlərinə fürsətdən istifadə edib təşəkkür edirəm. Hazırkı zamanda problem olaraq rastlaşdığımız məsələlərdən biri də təhsil haqqları ilə bağlıdır. Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər təhsil haqqının ödənməsində bəzən problemlərlə qarşılaşır. Düzdür, bu arada qeyd edim , təhsilin Tələbə Krediti Fondu da mühüm işlər görür, ancaq bu kimi layihələr çoxluq təşkil etməsi təhsil almaq istəyən şəxslərin təhsil, alanların da təhsil almalarında yaranmış problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Amma şəxsən mən, “Onu oxut” layihəsi haqqında çox az eşitmişəm, təhsil işçilərinin də bu haqda kifayət qədər məlumatı yoxdur. Bu barədə daha yaxşı piarin aparılmasi bir çox insanlara əlcatanligın təmin olunmasında mühüm rol oynayar.
E.Ramizoğlu qeyd etdi ki, prosesin şəffaflığı da çox önəmlidir:
- Prosesin şəffaflığı üçün ümumi olaraq qəbul edilən ianələr, yardım edilən tələbələr ictimaiyyətə açiqlansa, hesab edirəm, uğurlu olar. İctimaiyyət prosesin necə getdiyini bilməlidir. Bu, Fonda inamı daha da artırar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region