
Plan yerləri niyə boş qalıb? - AÇIQLAMA
16:10 31.08.2023
Elm və Təhsil
981
"Bu il ali təhsil müəssisələrində 3300-dən çox yerin boş qalmasının başlıca səbəbi plan yerlərinin artımı ilə əlaqəlidir".Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi ali məktəblərdə 3300-dən çox yerin boş qalmasından danışarkən deyib. Onun sözlərinə görə, həm dövlət sifarişli, həm də ödənişli əsaslarla plan yerləri bu il artıb:
"Ona görə də, bəzi ixtisaslarda keçid balları bir qədər enib. Bir abituriyentin yüksək və ya aşağı nəticə əldə etməsi ümumi təhsil göstəricilərini əks etdirmir. 400-dən yuxarı bal toplayanlar çoxdursa, o zaman təhsil göstəricilərinin yaxşı olduğunu deyə bilərik. Bəzi abituriyentlərin daha zəif nəticə göstərməsinin səbəbi kurikulum əsasında keçirilən imtahanların hələ də şagirdlər üçün çətinlik yaratmasıdır. Eyni zamanda imtahan prosesinə tam adaptasiya olmadıqlarına görə, ballar aşağı ola bilər. Təbii ki, bir neçə il sonra abituriyentlərin imtahan nəticələri daha yaxşı olacaq. Bu da təbii ki, keçid ballarının yüksəlməsi ilə nəticələnəcək". Qeyd edək ki, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region