
Şagirdi sinif yoldaşını döydü! - “Məktəblərimizdə təhsil mühiti itib” - VİDEO
Yusif Nəzərli
11:09 04.10.2022
Elm və Təhsil
736
“Son iki ildə şagirdlərin intihar halları, məktəb daxilində şagirdlərin bir-birinə qarşı fiziki və psixoloji zorakılığı hədsiz dərəcədə çoxalıb”
“İndi məktəblərimizdə çəkilməyən, sosialda yayımlanmayan nə qədər belə halların baş verdiyi təsəvvür etmək o qədər də çətin deyil”
Bakıda fəaliyyət göstərən112 nömrəli tam orta məktəbdə şagirdlərdən biri digərini döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda şagirdlərin birinin digərinə yumruq və təpik zərbələri endirməsi əks olunub. Ətrafdakı yoldaşlarından biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb. Hadisə ictimaiyyət arasında ciddi qınaqla qarşılanıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:“Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

Təhsil ekperti Kamran Əsədov 112 nömrəli məktəbdə baş verən xoşagəlməz hadisə ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, bu, ümumtəhsil məktəblərimizdə təhsil mühitinin itdiyi göstərir:
“Biz statistik nəticələrə, təhlillərə baxsaq, aydın şəkildə son iki ildə Azərbaycan təhsil sistemində baş verən neqativ halların əvvəlki 15 illə müqayisədə daha da artıdığını görərik. Son iki ildə şagirdlərin intihar halları, məktəb daxilində şagirdlərin bir-birinə qarşı fiziki və psixoloji zorakılığı hədsiz dərəcədə çoxalıb.
Bu hazırda Elm və Təhsil Nazirliyinin təhsil prosesinə nəzarət edə bilmədiyini göstərir. Artıq qurumda idarəetmə tamamilə yaddan çıxarılıb. İndi məktəblərimizdə vəziyyət acınacaqlıdır.
Çox təəssüflər olsun ki, bizim orta məktəblərimizdə təhsil, tədris mühiti yoxa çıxıb. 112 nömrəli məktəbdə baş verən hadisə bizə ümumtəhsil məktəblərimizdə ümumiyyətlə təhsil mühitinin itdiyi göstərdi. Əgər təhsil sistemində normal mühit olsa idi, bu şagirdlər bir-biri ilə dostluq, əməkdaşlıq münasibətləri qurardılar.
Şagirdlər bəzən sırf sosial şəbəkələrdə paylaşım etməkdən ötrü bu cür əməllər törədirlər. Sadəcə olaraq dəhşət və dözülməz bir situasiyadayıq. Birmənalı şəkildə belə hadisələr valideynləri narahat edir. Artıq məktəblərimizin hansı vəziyyətdə olduğunu bilirik. Buna görə də övladlarımızı məktəbə göndərəndə daha diqqətli olmalıyıq.
Hazırda valideynlərin məktəblərə etibar etməməsi məsələsi də gündəmə gəlir. Onlar artıq şagirdlərin və müəllimlərin övladlarını hər an döyə biləcəyindən ehtiyat edirlər. Videodakı görüntülər birbaşa olaraq cinayət əməlidir və buna heç cür haq qazandırmaq olmaz.
Digər tərəfdən düşünürəm ki, yaxşı ki həmin anı telefon ilə çəkib yayımlayıblar. İndi məktəblərimizdə çəkilməyən, sosialda yayımlanmayan nə qədər belə halların baş verdiyi təsəvvür etmək o qədər də çətin deyil.
Artıq müvafiq qurumun məktəblərə nəzarət edə bilmədiyini çox gözəl başa düşürük və bu reallığı nəzərə alaraq hərəkət etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı