“Şagirdlərin saç düzümü, geyimi ilə bağlı standartlar mütləqdir”
Yusif Nəzərli
13:04 21.10.2022
Elm və Təhsil
1195
Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Nəticədə ümumi təhsil müəssisələrindən: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.
Yeni qaydalarda öz əksini tapan şagirdlərin saç rəngini dəyişməsi, qısa və dar geyinməsi , eyni zamanda, saqqal saxlamasına qoyulan qadağalar cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Məsələ əksər sosial şəbəkədə bir çox istifadəçilər tərəfindən gülüş obyektinə çevrilib. İstifadəçilər bunlardan daha çox ölkədə təhsilin keyfiyyətini artırılmasına ehtiyac duyulduğunu dilə gətiriblər.
Fəlsəfə doktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov sözügedən qaydalarla bağlı "Sherg.az"a danışarkən bildirib ki, bu normaların cəmiyyətdə gedən müzakirəsindən xəbərdardır və insanların belə ciddi mövzuları lağlağıya çevirməsindən təəssüflənir:
"Cəmiyyətin bu cür məsələlərə aqressiya nümayiş etdirməyindən, ironiya ortaya qoymağından olduqca narahatam. Nəyəsə qarşı bir münasibəti ortaya qoyanda, orda tənqid etdiyimiz məqamı dərk etməliyik. Əlbəttə ki, ictimai rəyin nəzərə alınmasını olduqca vacibdir. Amma göstərilən münasibət savadlı arqumentlərə söykənməlidir.
Məsələn, bizim valideynlər qız övladlarının məktəbə açıq-saçıq geyimdə, qısa ətəkdə gəlməyini qəbul edərmi? Mən şəxsən etmirəm. Bunu geri düşüncəli olmadığın əlaməti kimi də qəbul etmirəm. Eləcə də oğlanların məktəbə istənilən saç düzümündə gəlməsi düzgün deyil.
Hələ ziynət əşyaları ilə təhsil ocağına daxil olan müəllimləri demirəm. Bu sadəcə olaraq bayağı zadəganlığın əlamətidir. İnkişaf etmiş dünya ölkələri bunlardan çoxdan imtina edib. Fikirləşirəm ki, məktəblərdə milli dəyərlər də qorumalıdır. Yeni qaydalar bizə bu işdə yardımçı olacaq".
İ.Orucov vurğulayıb ki, indi bütünlükdə hər kəs həmin qaydaların hazırlanmasına dəstək verməlidir:
"Məktəb ictimai yerdir. Təlim-tərbiyə müəssisəsidir. Tədrislə bərabər yeni nəsil burda tərbiyə olunur. Tərbiyənin də aşılanması üçün şagirdlərdə müəyyən davranışlar formalaşdırmaq lazımdır. Bu məktəbli geyimindən tutmuş, məktəblinin zahiri görkəminin müəyyən normalarla tənzimlənməsinə qədər olan bütün məsələləri özündə birləşdirir. Şagirdlərin saç düzümü, geyimi ilə bağlı standartlar mütləqdir.
Eyni zamanda bu normalar müəllimlər üçün olmalıdır. Müəllim öz geyimi ilə cəmiyyətə nümunə olmalıdır. Şagirdlərin istədiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir.
Dünyanın fərqli, elm və təhsil səviyyəsi yüksək olan ölkələrində səfərdə olmuşam. Ordakı məktəblərlə yaxından tanışam. Birmənalı olaraq deyə bilərəm ki, həmin məktəblərin hər birinin öz qaydaları var. Özəl, bələdiyyə, dövlət və s. hamısının öz normaları olur. Bu normalar şagirdlərdə davranış mədəniyyətinin formalaşmasına xidmət edir".
İctimai Şuranın üzvü son olaraq qeyd edib ki, əgər insanlarımız məktəblərdəki təhsilin keyfiyyətindən narazıdırlarsa, bununla bağlı da öz sağlam və savadlı mövqelərini ortaya qoyub, təkliflər irəli sürə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı