SDU haqqında qlobal media platformasında məqalə dərc olunub
Yusif Nəzərli
11:42 11.10.2022
Elm və Təhsil
710
Qlobal media platforması olan “DigitalJournal.com”-da Sumqayıt Dövlət Universiteti haqqında məqalə dərc olunub.
Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Azərbaycanda 60 yaşlı universitet: Sumqayıt Dövlət Universiteti necə dəyişir?” adlı məqalədə Sumqayıtın sənaye şəhəri kimi formalaşmasında, hərtərəfli inkişafında şəhərin yeganə təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin rolundan bəhs olunub, həmçinin Universitetin yenilikləri və gələcək prioritetləri haqqında məlumat verilib.
Sumqayıt Dövlət Universitetinin Xarici Dillər kafedrasının müəllimi Ləman Qocayevanın müəllifi olduğu məqalədə Universitetin dünyanın bir çox nüfuzlu universitetləri ilə tərəfdaşlıq əlaqələrində olması, Universitetin alimlərinin dünyanın aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq etdiyi vurğulanır.
Məqalədə qeyd olunur ki, Sumqayıt Dövlət Universitetində tələbələrin elmi potensialının reallaşdırılması, ən istedadlı məzunların elmi-pedaqoji fəaliyyətə hazırlanması, istedadlı tələbələrin mənəvi və maddi həvəsləndirilməsinə şərait yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Vurğulanır ki, Sumqayıt Dövlət Universitetinin əsas hədəflərindən biri Beynəlxalq standartlara cavab verən, innovativ, reytinqli, yüksəkixtisaslı kadrlara malik olan universitetə çevrilmək, dünya reytinq cədvəllərinə daxil olmaq və beynəlxalq universitet statusuna sahib olmaqdır. Eyni zamanda qabaqcıl xarici təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinə nail olmaq qarşıya qoyulmuş əsas məqsədlərdəndir.
Məqalə bu cümlələrlə bitir: “60 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Universitetinin qarşısında daha bir missiya var: Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sistemini yeni, daha yüksək səviyyəyə qaldırmaq və təhsilin keyfiyyətini daha da artırmaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı